EHTİYATLI OLUN! Bu proqram kompüteri bloklayır
DeriaLock" adlı yeni fırıldaqçı proqram təminatı kompüterə girişi bloklayır. "G Data" şirkətinin eksperti Karsten Han tərəfindən aşkar edilmiş yeni fırıldaqçılar növü qurbanın kompüterinə girişi blok edərək 30 dollar məbləğində pul tələb edir.
Missiya.Az ICTnews-a istinadən xəbər verir ki, "DeriaLock" adlı fırıldaqçı proqram təminatı kompüterin ekranını bloklayaraq fayl və proqramlara girişə imkan vermir.
Sistemə düşən zərərli proqram təminatı idarəedici serverlə əlaqə yaradır və öz ən aktual versiyasını sorğulayır. Bundan sonra "DeriaLock" ekranı bloklayaraq pul tələbindən ibarət bildiriş və kompüteri yenidən yüklədikdə bütün məlumatların silinəcəyi barədə xəbərdarlıq göstərir.
Mesaj ingilis və alman dillərində göstərilir. İspan dilinə tərcümə seçimi mövcuddur, amma hazırda işləmir. Han "BleepingComputer" resursuna müsahibəsində deyib ki, "DeriaLock" xəbərdarlığı göstərən pəncərənin bağlanmasının qarşısını almaq üçün aşağıdakı prosesləri deaktiv edir: "taskmgr", "procexp", "procexp64", "procexp32", "skype", "chrome", "steam", "MicrosoftEdge", "regedit", "msconfig", "utilman", "cmd", "explorer", "certmgr", "control" və "cscript". Bundan başqa, zərərli proqram təminatı ekran bloklamasını ləğv etmək üçün ALT+F4 kombinasiyasından istifadənin qarşısını alır. Belə cəhd aşkar edildikdə ekranda aşağıdakı mesaj göstərilir: "Bu səhv qərardır. Yaxşı cəhddir, dostum".
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Space TV-də bu veriliş də yayımlanmayacaq
Böyük sağlamlıq faydaları VAR
Anam yaşındasan, ayıb olsun' - FOTO
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI
Madonna xalqdan kömək istəyir
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş