"Əkiz bacıları niyə qarğış edib, söyürsüz, ermənidilər?"
İfaçı hadisəyə münasibət bildirib
Xəbər verdiyimiz kimi, bu gün Sevil və Sevinc bacıları idarə etdiyi avtomobillə adam vurub. Hadisə zamanı 87 yaşlı Zöhrab Ağayev ağır kəllə-beyin travması alıb və dərhal xəstəxanaya yerləşdirilib. O, hazırda reanimasiyadadır.
Xəbər sosial şəbəkələrdə geniş müzakirə olunub. Əksər sosial şəbəkə istifadəçiləri müğənniləri mütəmadi olaraq avtomobil idarə edərkən "Instagram"dan canlı yayıma çıxdığını və məsuliyyətsiz sürücü olduğunu vurğulayıb. Bəziləri isə onların hətta həbs olunmasını istəyib.
Məsələyə müğənni Kərim Abasov etinasız yanaşmayıb. O, həmkarlarının müdafiəsinə qalxıb:
"Bu gün bacıların başına gələn hadisəyə görə çox üzülürəm. Allah sizə kömək olsun. Hadisə hər kəsin başına gələ bilər. Heç kəs sığortalanmayıb. Allah o dayıya da şəfa versin. Ağsaqqalın tezliklə ayağa qalxmasını arzu edirəm. Bacılar bilərəkdən bunu etməyib. Ən çox isə onların ünvanına yazılan pis şərhlərə üzülürəm. Ayıbdır! Millətimizin balalarıdır... Onlar axı sizə nə edib? Niyə bu bacıları bu qədər qarğış edib, söyürsüz? Utanmırsız? Ona dəstək olmaq əvəzinə, onları vurursunuz. Niyə? Ermənidirlər məgər? Yoxsa vətən xainləridirlər? Ya Rəbbim, hansı zamanda yaşayırıq?! Niyə başqasının pis gününə sevinirsiniz? Allah bacıların köməyi olsun. Xanım xeylaqlarını bu qədər vurmaq olmaz. Kim sevinirsə, onun başına gəlsin və dadını görsün. Belə yazan insanların yerinə utanıram".
Qeyd edək ki, avtomobil qəzasından sonra reanimasiyaya yerləşdirilən Zöhrab Ağayev aldığı zədə ucbatından dünyasını dəyişsə, sürücü 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir. Bu haqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qeyd olunur.









Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir
Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri
Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr
Mən xarakterli qadınam, heç vaxt efirdə ağlamamışam' - Əməkdar artist
Bütün mahnılarım tarixdə qalıb, 30 ildir oxuyurlar' - Rəqsanə
Xadiməsi dünya ulduzunu məhkəməyə verdi - SƏBƏB
İmperator'un dövlətə bağışladığı mülklər - SİYAHI
Corcina uşaqların 220 min avroluq müalicə pulunu ödədi - Aksiyanı dayandırdı
Ürəyim bütün zəvvarlar kimi orada qaldı' - Aparıcı Məkkə ziyarətindən yazdı
Avroviziya' iştirakçısı oğlundan imtina etdi
Yumurta alarkən mütləq koduna baxın - FOTO