Əkiz bacıların faciəli həyat hekayəsi

28 may 1934-cü ilə Kanadada 5 əkiz qız dünyaya gəlir. İvonn, Annet, Sesil, Emili və Mari Dion rəsmi olaraq dünyaya gələn ilk əkizlər hesab edilirlər.

Onların anasının hamilə olarkən ağlına da belə gəlməzdi ki, o 5 əkiz qız anası olacaq. Uşaqlar kasıb fermer olan Oliv Dionun ailəsində dünyaya gəlirlər. Əkizlərdən başqa ailənin 3 övladı da olub. Onlar kasıb, işıqsız və susuz evdə yaşayıblar. Dionun arvadı təsəvvürünə belə gətirə bilməzdi ki, o, beş əkiz qız anası olacaq.

Uşaqların doğumu onun üçün də böyük sürpriz olur. Doğuş evdə keçirilir. Onların həkimi Allan Roy Defo əmin idi ki, körpələrdən biri həyatını itirəcək. Doğuş zamanı körpələrin anası Elzayr güclü şik keçirir və Defo qadının öləcəyini güman edir, lakin 2 saatdan sonra qadın özünə gəlir.
Əkiz bacıların faciəli həyat hekayəsiDoğulan körpələri yedizdirmək üçün ananın südü kifayət eləmir, buna görə də onlara hər iki saatdan bir su, qarğıdalı siropu, inək südü verirlər.

Fotoda: Ontarionun baş nazırı Mitçell Hepbern və körpələr. 1934-cü il.
Əkiz bacıların faciəli həyat hekayəsiQızların 6 ayı olanda ataları onları Çikaqodakı Dünya sərgisində nümayiş etdirmək qərarına gəlir. Kanada höküməti bu barədə məlumat əldə edir və bu qeyri-adi nümayişin təşkilati işləri ilə məşğul olur.

Tezliklə hadisələr faciəli halda inkişaf etməyə başlayır. Ontario ştatı qızları valideynlərindən alır və onları Kvintlend muzeyində nümayişə çıxarır. Əkizlər valideynləri ilə görüşməkdən məhrum olurlar. Həmin illərdə hakimiyyət onların vasitəsi ilə çoxlu pul qazanır. Onların siması ilə oyuncaqlar, açıqcalar, təqvimlər və digər suvenirlər istehsal edir.
Əkiz bacıların faciəli həyat hekayəsiBelə istismar nəticəsində qızlar çoxlu psixoloji travmalar alır və gələcəkdə şəxsi problemlərlə (alkoqol, bipolyar pozğunluq, uğursuz nigah) rastlaşırlar.

Dion bacılarına baxmaq üçün pavliyona 1935-1943-cü illərdə 3 milyondan çox adam gəlir. Bacılara görə Çikaqo sərgisi əsas şəhər binasına çevrilir, orda görünməmiş turist axını qeydə alınır.
Əkiz bacıların faciəli həyat hekayəsiMəşhur əkizlər Hollivudda bir neçə filmə də çəkilirlər. Uşaq yeməkləri, geyimləri və s. istehsal edən müəssisələr onların məhsullarının üzərində onların fotolarından istifadə edirlər.

Qızlar həyatdan izolyasiya edilmiş vəziyyətdə yaşayırlar. Onların bahalı oyuncaqları, dəbli geyimləri, yaxşı həkimləri olur. Ancaq valideynləri, bacı və qardaşları, hətta həmyaşıdları ilə görüşmək icazələri olmur.

Qızların 9 yaşı olanda Kanada höküməti Dionlar ailəsinə böyük ev verir. Amma bu plan uğursuz alınır. Çünki qızlar adi həyata alışmamışdılar və bu qədər ayrılıqdan sonra onların ailəsi, bacı və qardaşları ilə uyğunlaşmaları mümkün olmur. Əkizlər bu evdə 16 yaşlarına qədər qalırlar. Bundan sonra onları internata göndərirlər.
Əkiz bacıların faciəli həyat hekayəsiQızlar müxtəli məhsulların reklam çarxlarına çəkilirlər. Onların hər günü kütləvi informasiya vasitələrinin iştirakı ilə keçir.
Əkiz bacıların faciəli həyat hekayəsiCəsarətsiz, qapalı qızlar normal münasibətlər qura bilmirlər. Onların qeyri-adi uşaqlığı, insanın zooparkında yaşaması onlarda həmişəlik psixoloji travmalar yaranmasına səbəb olur.
Normal həyata alışa bilməyən qızlar yalnız bir-birilərinin yanında özlərini sərbəst hiss edə bilirdilər. 18 yaşlarında olanda qızlar onlardan maddi cəhətdən istifadə etməyə çalışan ailələri ilə əlaqəni tamamilə kəsirlər.
Əkiz bacıların faciəli həyat hekayəsiƏkiz bacıların faciəli həyat hekayəsiQızların sonrakı taleyi isə daha faciəli olur. Emili monastra gedir, orada qızda epileptik tutmalar aşkar edilir və bu qızın 20 yaşında vəfat etməsinə səbəb olur. Digər bacılar üçün bu əsl zərbə olur.
Əkiz bacıların faciəli həyat hekayəsiUğursuz nigahdan sonra Meri 30 yaşında vəfat edir. Sesil və Annet də ailə həyatında xöşbəxt ola bilmirlər. Onlar bir- birilərinə qarşı qırılmaz əlaqə hiss edirlər, saatlarca telefonla danışırlar, bir birilərinə qonaq gedəndə böyük sevinc hissləri keçirirlər. Sesilin də əkiz uşaqları olur. Lakin onlardan biri vəfat edir. 3 ildən sonra o, dul qalır. İvonn kilsəyə gedir və rahibə olur, lakin ordakılarla yola gedə bilmir. Ömrünün qalan hissəsini o, tənhalıqda keçirir və orada da vəfat edir.

Sağ qalmış və artıq yaşlanmış bacılardan üçü Ontario hakimiyyətini onların qırılmış həyatlarına görə məhkəməyə verib təzminat istəyiblər. Onlar məhkəməni udub və 4 milyon dollar kompensasiya əldə edirlər. Amma bu ictimaiyyətin balaca uşaqların başlarına gətirdiyi qəddarlığın və vəhşiliyin təsirlərini azaltmayıb. Bu gün bacılardan yalnız ikisi, Annet və Sesil həyatdadır. "Artıq çox gecdir və bu bizim məhv olmuş həyatımız üçün çox azdır" – tanınmış baclar deyib.
Əkiz bacıların faciəli həyat hekayəsiOnların başlarına gələn facinəni əks etdirən videoçarxı sizə təqdim edirik.

Xəbərlər     Baxılıb: 7732   Tarix: 23 iyul 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ağardıcını isti su ilə qarışdıranlar, diqqət

Ev təmizliyində daha güclü təsir əldə etmək üçün tez-tez müraciət edilən bəzi üsullar əslində sağlamlığımız üçün ölümcül təhlükə yarada bilər. Xlorun isti su ilə qarışdırılması və ya digər təmizləyicilərlə birgə istifadəs

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

Limonlu çay içənlərin DİQQƏTİNƏ

Limonlu çay bəzi hallarda sağlamlığa müsbət təsir göstərsə də, hər kəs üçün eyni dərəcədə faydalı deyil. xəbər verir ki, həkim Yekaterina Antipova bildirib ki, limon həzmi stimullaşdırır, orqanizmin tonusunu və enerjisin

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

.

Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?

"Ev heyvanları bəzi insanlarda allergiya riskini artıra bilər". xəbər verir ki, bnunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərin

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

100 yaşını aşanların ortaq sirri: Hər gün bir fincan

"Blue Zones" layihəsinin qurucusu Dan Buettnerin qeyd etdiyinə görə, Mavi zonalarda (Okinava, Sardiniya, İkariya kimi yerlər) yaşayan insanlar digər cəmiyyətlərlə müqayisədə ən azı dörd qat daha çox lobya istehla

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

turlar.az

toy makiyajlari gözəllik məhsulları maskalar sufle hazirlanmasi meshurlar haqqinda xiyar tursusu nece hazirlanir berguzar korel kosmetika vətən novruz bayramına aid hakışda öpüşme xərçəng bürcü kley lekesi