Əl-ayağı daim soyuq olanlara XƏBƏRDARLIQ: sizdə bu xəstəlik ola bilər

Əl-ayağı daim soyuq olanlara XƏBƏRDARLIQ: sizdə bu xəstəlik ola bilərHavalar soyuduqca insan orqanizmi də təbii olaraq üşüyür. Buna görə də qalın geyinir, istilik sistemlərini işə salırıq ki, bədənimiz qızınsın. Amma elə insanlar var ki, daim əl və ayaq nahiyələri buz kimi soyuq olur. Hətta nə qədər əlcək taxsalar, corab geyinsələr belə... Bəs görəsən bu hal normaldırmı? Əl və ayaqların daim soyuq olması hansı xəstəliyin göstəricisi ola bilər?
Xanim.az bildirir ki, bununla bağlı ailem.az-a məlumat verən terapevt Xumar Novruzova deyir ki, bəzən belə hallar havanın temperaturundan asılı olmur: "Terapevt qəbuluna gələn xəstələrin verdiyi suallardan biri məhz bu olur - həkim, əllərim niyə soyuq olur? Hava soyuq olduqda əllərin və ümumiyyətlə, bədənin açıq sahələrinin üşüməsi təbiidir. Amma məsələ burasındadır ki, bəzi xəstəliklər nəticəsində soyuq əl hissi havanın temperaturundan asılı olmur. Bu, bəzi xəstəliklərin göstərici ola bilər".

Həkim həmin xəstəlikləri aşağıdakı kimi sıralayıb:

Reyno sindromu

Bu zaman barmaqları qidalandıran qan damarları soyuq, yaxud stress nəticəsində sıxılır. Krizis anında barmaqlar üşüyür, göyərir və ağrılı olur. Damarlar əvvəlki vəziyyətinə qayıtdıqda isə əllər qızarır. Bu hal xeyli diskamfort yaratsa da, təhlükəli deyil.

Autoimmun xəstəliklər

Bu, daha ciddi xəstəliklər qrupudur: qırmızı qurd eşənəyi, sklerodermiya, revmatoid artrit və s. Əsas xəstəlik vaxtında müalicə olunarsa, əl üşüməsi kimi əlamət də zəifləyər.

Hipotireoz

Qalxanvari vəzi orqanizmin termostatıdır desək, yanılmarıq. Bu orqanın funksiyası zəiflədikdə orqanizmdə bütövlükdə mübadilə pozğunluğu baş verdiyi üçün piylənmə, halsızlıq, qəbizlik və üşümə kimi əlamətlərə rast gəlinir.

Anemiya

Qanda hər hansı səbəbdən yaranan dəmir defisiti nəticəsində qanın oksigenlə təchizatı pozulur və baş ağrıları, ümumi zəiflik, başgicəllənmə, təngnəfəslik kimi əlamətlərlə birgə bədən üzvlərinin soyuması da baş verir.

B12 vitamini defisiti

Bu vitamin ən çox ət, toyuq, yumurta və süd məhsullarında mövcud olub, qanda hemoqlabinin miqdarına cavabdehdir. B12 vitamini çatışmazlığı vegetarianlarda, 50 yaşdan yuxarı şəxslərdə, Kron xəstəliyi olanlarda rast gəlinir. Bu vitaminə olan tələbatı ödəməklə problemləri həll etmiş oluruq.

Qan təzyiqinin aşağı olması

Bu zaman ətrafların qanla təchizatı zəifləyir. Belə ki, qan daxili orqanların işini təmin etmək üçün səfərbər olmuş olur. Bunun bir çox səbəbləri var: qanaxma, susuzlaşma, bəzi dərman preparatlarının qəbulu, endokrin xəstəliklər və s. Əgər siz özünüzdə ətrafların soyumasından başqa həm də başgicəllənmə, ürəkbulanma, ümumi halsızlıq hiss edirsinizsə, mütləq həkiminizlə məsləhətləşin.

Stress və həyəcan

Xroniki stress faktoru qanda adrenalinin miqdarını artırır və nəticədə qan damarlarının spazmı baş verdiyi üçün əl-ayaqlar soyuyur.

Dərman preparatları

Bəzi dərmanların məsələn, beta-blokerlər, miqren əleyhinə vasitələrin və s. qəbulu damarları, xüsusən də, arteriyaları daraltmaqla əllərin soyumasına gətirib çıxarır.

Siqaret çəkmək

Nikotinin damardaraldıcı təsiri və ətrafların qanla təchizatını zəiflətməsi əllərin soyumasına gətirən səbəblərdən biridir.

Beləliklə, istənilən halda əllərin soyuq olması səbəbini öyrənib, onu aradan qaldırmaq üçün həkiminizlə məsləhətləşin.

Xəbərlər     Baxılıb: 2119   Tarix: 25 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Uzun müddət davam edən öskürəklə bağlı xəbərdarlıq

Yaz aylarının gəlməsinə baxmayaraq, havaların hələ də tam isinməməsi sağlamlıq problemlərini də özü ilə gətirir. xəbər verir ki, xüsusilə allergiyaya meyilli şəxslərdə polenlərin təsiri ilə tənəffüs yollarında həssaslıq artır

.

Qaraciyər üçün hansı içkilər yaxşıdır? - Cavab düşündüyünüzdən sadədir

Səhərlər limonlu su içmək qaraciyər üçün faydalıdırmı? Mütəxəssislər bildirirlər ki, bu içki ölçülü şəkildə istehlak edildikdə, maye bərpası və C vitamini təmin edərək qaraciyər funksiyasını dəstəkləyə bilər.  xəbər veri

.

Bağırsaqların "düşmən"i olan QİDALAR

Gündəlik rasionumuzda yer alan bəzi adi qidalar bağırsaq funksiyasına mənfi təsir göstərə və müxtəlif xəstəliklərə yol aça bilər. həmin qidaları sizə təqdim edir:. Mədə-bağırsaq traktının işini ilk növbədə emal olunmuş məhsulla

.

Südü soyuducuda bu hissəyə QOYMAYIN

Demək olar ki, hər evdə süd paketləri rahatlıq baxımından soyuducunun qapı rəfinə yerləşdirilir. xəbər verir ki,  mütəxəssislər xəbərdarlıq edirlər ki, bu vərdiş südün daha tez xarab olmasına səbəb olmaqla yanaşı, sağlamlı

.

Ürəkdən beyinə qədər - Fit forma bədəni necə qoruyur?

Fiziki formada olmaq xəstəlik riskini azaldır. xəbər verir ki, Barselona mərkəzli Hospital del Mar Research Institute və Universitat Ramon Llull (URL) tərəfindən aparılan yeni araşdırma fiziki hazırlığın sağlamlığa təsir

.

Qoxu itkisi və yuxusuzluğa diqqət: Gizli əlamət ola bilər

Parkinson xəstəliyi yalnız titrəmə ilə deyil, daha erkən və gizli simptomlarla da özünü göstərə bilər. xəbər verir ki, bu barədə İrem Fatma Uludağ xəbərdarlıq edib. Nevroloq bildirib ki, qoxu itkisi, yuxu pozğunluğu, qəbizli

.

"Gündə 2 litr su içmək" bilindiyi qədər faydalıdır?

İçməli suyun sağlamlıq üçün vacibliyi geniş şəkildə qəbul edilsə də, gündəlik nə qədər su içilməli olduğu hələ də müzakirə mövzusudur. İllərdir yayılan "gündə 2 litr su içilməlidir" fikri yeni elmi araşdırmalarl

.

Bu əməliyyatlar həyat keyfiyyətini dəyişir

"Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının əsas fəaliyyət istiqaməti ilk növbəd

.

Daha yaxşı yuxu üçün şam yeməyini nə vaxt yeməliyik?

Şam yeməyini erkən və vaxtında yemək vərdişi orqanizmə, xüsusilə də yuxu keyfiyyətinə birbaşa müsbət təsir göstərir.  xəbər verir ki, beynəlxalq qidalanma mütəxəssisləri şam yeməyi üçün ən uyğun vaxtın 17:00-dan 19:00-a qədə

turlar.az

geymler 2026 toy makiyajlari kosmetika mehsullari türk mətbəxi qızartma reseptləri qısa saçların yığılması qaraqoyunlu dərəsi kosmetika seksual dieta porno aydin sani cinsi əlaqə