Eldar illər sonra "Avroviziya"ya qayıdır
Müğənni Eldar Qasımov "Avroviziya" mahnı müsabiqəsinin musiqi prodüseri olub.
azxeber.com-un məlumatına görə, bu barədə sənətçi instaqram hesabından paylaşım edib.
O, "İctimai" televiziyanın "Avroviziya-2023"də Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq barədə təklifini qəbul etdiyini bildirib:
"Həyatımı 180 dərəcə dəyişdirən, 2011-ci ildən bəri məni "Avroviziya"yla bağlayan çox şey oldu. Xüsusilə, xoş xatirələr və emosiyalar. İndi isə vaxt (və dəvət) qəldi. Bu dəfə peşəkar mənada yenidən ora qayıdıram. İTV-nin "Avroviziya-2023"də Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq təklifini qəbul etdim. Düzünü desəm, ağlımdan və könlümdən çox şey keçir, amma ən çox yenidən ürəyimi bu işə vermək istəyi..."
Qeyd edək ki, Nigar və Eldar "Running Scared" mahnısı ilə ilk dəfə ölkəmizə birincilik gətirmişdi.









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin