Əli Mirəliyevin "50 manatlıq" adlandırdığı Afaq Aslanla elə görüntüləri yayıldı ki... VİDEO
Bu gün ARB TV-də yayımlanan "Səhər-səhər" verilişinin qonağı müğənni və model Afaq Aslan olub.
Xanim.az xəbər verir ki, Afaq Aslan müğənni Əli Mirəliyevin də aparıcılarından biri olduğu verilişdə maraqlı açıqlamaları ilə yadda qalıb. O qalmaqallı olduğu həmkarı ilə rəqs də edib. Afaq Aslan açıqlamasında lüt şəkillərinin olmadığını söyləyib:
"Çimərlik geyimində şəkillərim var. Amma sizin dediyiniz kimi paltarsız, tam lüt şəkillərim yoxdur. Sadəcə olaraq açıq-saçıq şəkillərim çoxdur. Etiraf edirəm ki, cazibədar şəkillərim var. Bu cür şəkillər Avropada heç də qeyri-adi deyil. Amma bizim üçün açıq-saçıq geyimlər normal olmadığı üçün belə geyinəndə deyirlər ki, soyundu. Açıq-saçıq başqa şeydi, soyunmaq başqa şeydi".
Qeyd edək ki, Əli Mirəliyev və Afaq Aslan bir müddət əvvəl ciddi qalmaqal yaşayıb.
Müğənni A.Aslanı tanımadığını bildirib: "Onun üzünü görməmişəm, Allah bilir meymunun biridir. Soyunub neynəyəcək?. Möcüzə yaradacaq?. Soyunmağın qiyməti bu qədər deyil. Onda bütün qızlar soyunsunlar, görüm onlara 100 manat verirlər?. Bizim müğənnilərimiz var ki, kliplərdə soyunurlar, onlara 50 manatdan artıq vermirlər".
Əli Mirəliyev həmkarına məsləhət də verib: "Soyunsun, 50 manatdan artıq ona pul verməzlər. Getsin ədəb-ərkanla özünə bir iş tapsın. Harda işləyirsə işləsin, müğənni və ya aktrisa sözünü dilinə gətirməsin. Onlar heç vaxt soyunmur. Bunlar gicdir, dəlidir, bu nə performansdır? Qalmaqal yaradıb, soyunmaqla özlərini reklam edirlər.
Qeyd edək ki, müğənni Afaq Aslan Türkiyədə filmə çəkildiyini deyib. Filmdə açıq-saçıq səhnələrdə rol yaradan müğənni bunun qarşılığında 1 milyona yaxın pul aldığını deyib.
GoldNews.az
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin