Əllərdə, qarında səpgi-Xəstələrin 10 faizində bu əlamətlər olur
Rusiyada koronavirusa yoluxmuş bəzi xəstələrdə yeni əlamətlər tapılıb.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, həkimlər COVİD-19 xəstələrində müxtəlif dəri səpgiləri müşahidə ediblər. Kommunark Yoluxucu xəstəliklər xəstəxanasının baş həkimi Denis Protsenko deyib ki, COVID-19 xəstələrinin 10 faizində dəri təzahürləri olur. O, daha əvvəl çinli, ingilis həkimlərin bu simptomla qarşılaşdıqları barədə məlumatlar verdiklərini də qeyd edib.
Baş həkim deyib ki, dəri səpkiləri ən çox əllərdə və qarın nahiyəsində müşahidə olunur. Xatırladaq ki, yeni virusun dəri əlamətləri İtaliya və İspaniyada da müşahidə olunub. Yoluxanların ayaqlarında problem (səpgi, göyərmə, yara, qızartı) yarandığı açıqlanmışdı. Ayaqqlarda, barmaqlarda yaranan bu hal koronavirus infeksiyasının əlamətlərindən biri kimi qəbul edilib.
COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən hər beş italiyalıdan birində dəri problemlərin olduğu vurğulanırdı. Əksər hallarda bu simptomun uşaqlarda və yeniyetmələrdə olduğu deyilirdi
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir