Əllərin əsməsi. Səbəblər

Əllərin əsməsi. SəbəblərƏllərin əsməsi (tremor) fizioloji və patoloji ola bilər. Fizioloji tremor sağlam insanlarda fiziki gərginlik (ağır əşyaların qaldırılması və daşınması, idman və s.) və stress, depressiya, qorxu zamanı mümkündür.
Lakin sakit vəziyyətdə tremor özünü büruzə vermir. Fizioloji tremor normal haldır və heç bir xəstəliyin əlaməti deyil.
Qəhvə və tərkibində kofein olan digər içkilərin həddən artıq miqdarda qəbulu bütün bədəndə və, o cümlədən, əllərdə tremorun səbəbi ola bilər.
Patoloji tremor heç bir görünən səbəb olmadan, sakit vəziyyətdə baş verir. Patoloji tremor ciddi xəstəliklərin və pozulmaların əlaməti kimi meydana çıxır.
- Qalxanvari vəzinin fəaliyyətinin güclənməsi (hipertireoz) əllərdə tremorun səbəbi ola bilər. Tremordan əlavə belə xəstələrdə əsəbilik, həyacan, kəskin arıqlama, saçların tökülməsi, ürək döyünməsi, artmış tərləmə kimi simptomlar müşahidə olunur.
- Şəkərli diabet zamanı qanda şəkərin kəskin düşməsi əllərin əsməsinə səbəb ola bilər. Şəkərin düşməsi zamanı belə xəstələr halsızlıq hiss edir, tərləyir. Şirin çay, konfet, şəkərin qəbulundan sonra xəstənin vəziyyəti düzəlir. Belə xəstəyə vaxtında kömək edilməzsə, çox ağır hal - diabetik koma - inkişaf edə bilər.
- Bir çox halda əllərin əsməsinin səbəbi baş beyinin patologiyaları və xəstəlikləri olur. Bu xəstəliklər arasında: Parkinson xəstəliyi, dağınıq skleroz, Vilson xəstəliyi və s.
- Müxtəlif kəllə-beyin travmaları əllərin əsməsinə səbəb ola bilər.
- Alkoqolizm, narkomaniyadan əziyyət çəkən insanlarda əllərin əsməsi xarakterli simptomdur. Bunun səbəbi beyinin xroniki intoksikasiyasıdır (zəhərlənmə).
- Ziyanlı istehsalatda işləyən insanlarda da xroniki intoksikasiya inkiaşaf edir ki, bunun nəticəsində insanda əllərin əsməsi kimi simptom meydana çıxa bilər.
- Bəzən tremorun səbəbi bəzi dərman preparatlarının (xüsusilə sakitləşdirici preparatların) qəbulu ola bilər. Bu halda dərmanın qəbulu ləğv edildikdən sonra tremor adətən müəyyən müddətdən sonra özü özündən keçir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1056   Tarix: 19 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

sade makiyaj sekilleri qadin sayti geymler 2026 salatlar və qəlyanaltılar aliment almaq yay donlari 2026 qadin ve kisinin seksi kosmetika novruz hakışdaları video tərəzi bürcü şəkərbura rus dilini öyrənək 2 ci dərs