Elm adamları COVID-dən sonra dad və qoxunun geri dönəcəyinə zəmanət vermədilər

Elm adamları COVID-dən sonra dad və qoxunun geri dönəcəyinə zəmanət vermədilər"COVID-19 keçirənlərdə fəsadlardan biri olan dad və ya qoxu itkisinin nə vaxtsa bərpa olunacağını söyləmək hazırda çətindir".
Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu açıqlamasında Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin ("Rospotrebnadzor") Mərkəzi Elmi-Tədqiqat İnstitutunun Kliniki-analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya bildirib.
Onun sözlərinə görə pandemiyadan əvvəlki dövrdə də əhalinin 1,5%-nin qoxu ilə bağlı problemləri olub - 50 yaşdan sonra əhalinin 50%-dən çoxu, 80 yaşdan sonra isə 80%-dən çoxu bunu hiss edir.
"Buna görə də, hər hansı bir insanın COVID-19-dan əvvəl bu pozğunluqlara meyilli olubsa, yoluxmadan sonra belə pozuntular onda qeyri-müəyyən müddətə davam edə bilər", - deyə o, izah edib.
O, vurğulayıb ki, postkovid sindromu risk qrupuna daxil olan və yoluxmanı daha ağır keçirən insanlarda daha çox rast gəlinsə də, xəstəliyi yüngül keçirmiş gənclərdə də istisna deyil.
Qeyd edək ki, daha əvvəl italiyalı tədqiqatçılar araşdırmalara əsaslanaraq koronavirusa yoluxan hər iyirminci insanda bir daha heç vaxt qoxu və dad hissinin qayıtmaya biləcəyini demişdilər. Bunu rusiyalı mütəxəssislər də təsdiqləyiblər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1097   Tarix: 14 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

toy gecesi donlar 2026 toy makiyajlari royanin oglu kısa saç düzümləri balıqlar bürcü kosmetika aslan rus dilin nece orenek heyati rəksanə novruza aid hakistalar