Elməddin xanımı haqda: "4 il küsülü olmuşuq"
Aktyor Elməddin Cəfərov həyat yoldaşı ilə ilk dəfə necə tanış olması barədə danışıb.
Xanim.az xəbər verir ki, lent.az-a açıqlama verən aktyor bildirib ki, ilk sevgi etirafına görə həyat yoldaşı ilə bir neçə il küsülü olub: "Yoldaşım 4 il tələbə, parta yoldaşım olub. Xarakterinə, yanaşma tərzinə baxmışam, evlənmişəm. Həyatımda çox dəyər verdiyim, hicablı xanımdır. Allahını sevir, məni də sevir, dəyər verir. Bu da mənə bəs edər. Mənim üçün insan qarşısındakından çox, onun Allahını sevməlidir. Özü də məktəbdə direktor müavini işləyir. Ziyalı xanımdır. İlk dəfə ona sevgimi 1-ci kursda etiraf etdim və o buna görə məndən küsdü. Və 4-cü kursun dekabr ayında barışdıq. O, mənlə danışmırdı ki, bəs mən sənə parta yoldaşı, qardaş kimi baxıram. Mən də ona başa saldım ki, nə qardaş? Ayrı-ayrı familiyalardayıq. Amma sonda mənə şans verdi. Elçilər getdi, razılıq oldu".
Aktyor bildirib ki, pərəstişkarlarına görə ailəsində qısqanclıqlar olur: "Səmimi deyəcəm, qısqanclıqlar olur. Bəzən ailəmlə film izləməyə gedəndə orada qız pərəstişkarlarım şəkil çəkdirmək istəyir, bəziləri çox səmimi olur, qoluma girirlər. Həmin məqamda yoldaşımın baxışlarına baxıram və öz-özümə deyirəm ki, axı burdan çıxıb evə gedəcəm. (gülür) Onsuz da mən dini baxışlarıma görə xanımlarla filmdə qucaqlaşma səhnələrinə çəkilmirəm. Bu mənim öz yanaşmamdır, digərləri necə yanaşır, özləri bilər. İllərdir bu qadağanı özümə qoymuşam. Bu qadağadan çıxdığım anlar olub. Yəni hansı komediya, səhnə qadınla əl-ələ tutub rəqs etməyi tələb edibsə, bunu etmişəm. Məcburiyyətdən olub. Bununla bağlı ailəmdə söz-söhbət də olub. Həmin situasiyadan susmaqla çıxmışam. Yəni mənim bir sıxıntılı tərəfim yoxdur ki, danışım, özümü vəziyyətdən çıxarım. Hər zaman susmuşam, çünki mən təmizəm. Buyur, istədiyin qədər danış, mən bilirəm ki, təmizəm. Bu olmalı idi, oldu, bitdi".
f Paylaş








Qadınları orqazma çatdıran 7 seks pozası
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ
Ana olmaq ehtimalım belə qorxuncdur
Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun
Məşhur reper ikinci dəfə baba oldu
Atam küçədə yığılıb qalıb, heç kim ona yardım etməyib
Boran' bu tarixdə 'Uzak şehir'ə vida edəcək
Məşhur aktyor vəfat etdi
Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir
Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri