"Elşadla hər şey bitdi, övladlığa uşaq..." - Oksana
"Səhər-səhər" verilişinin qonağı rəqqasə Oksana Rəsulova olub.
Axşam.az-ın məlumatına görə, sənətçi keçmiş həyat yoldaşı reper Elşad Xose ilə bağlı sualları cavablandırıb.
O, hazırda münasibətlərinin davam etmədiyini deyib:
"Burada gizlətməli heç nə yoxdur. Tanınmış sima olduğumuz üçün münasibətlərimiz insanlara maraqlıdır. Şəxsi münasibətdən heç vaxt danışmamışam və arxasınca qeybət etməmişəm. Heç bundan sonra da danışmayacam. Elşadla 6 ildir boşanmışıq. Bütün münasibətlərimiz də bitib. Sənətlə bağlı ona dəstək olmuşam. Mənim öz, onun öz yolu var. Filmimiz çəkiləndə onu dəvət etmişəm. Elşad da burada havayi çəkilməyib, qonorar alıb. Ondan sonra bir neçə layihədə ona dəstək olmuşam. İndi onunla düşmən deyilik. İnsanlar elə düşünür ki, biz sevgiliyik, ya da bir yerdəyik. Belə deyil. Son 6 ildir bizim aramızda belə münasibət yoxdur".
Oksana övladlığa uşaq götürməyi düşündüyünü deyib:
"Son vaxtlar övladlığa uşaq götürməyi düşünürəm. Bu, böyük bir addım və riskdir".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin