Elza bu dəfə erotik şeir yazdı: "Soy əynini… Off çəkərəm…uff çəkərəm"
Tez-tez izləyicilərini təəccübləndirən əməkdar artist Elza Seyidcahan yenə öz ampulasındadır. Müğənni əksər oxucular tərəfindən qınaqla qarşılanan şeirlərindən daha birini təqdim edib.
Xanim.az aktual.az-a istinadən xəbər verir ki, Elza Seyidcahan izləyicilərilə növbəti şeirini "Instagram" sosial şəbəkəsində paylaşıb. Üstəlik, bu dəfəki şeir daha çox əyləncəli və erotik çalarlarla diqqət çəkir.
Elza Seyidcahanın sosial şəbəkədə "Məzələn" adı ilə paylaşdığı mətni təqdim edirik:
Yorğun olanda mənimlə məzələn
soy əynini, soy ruhunu təzələn.
Ordan bura, burdan ora sərələn
Mənə de ki, dağ qoynumda təpələn
Ağuşumda körpələn,
gəldiyin yollara güllər səpərəm.
Saçlarınla dəniz kimi ləpələn
de ki, mənə
başdan ayağa səninçün qəzələm.
Yaralanaram.
De ki, de ki, nərə çəkərəm
ay çəkərəm, ox çəkərəm,
off çəkərəm, uff çəkərəm
məzələnməsəm, təzələnmərəm
Yer olmasa, vaxt olmasa,
heç olmasa
yorğun könlün xoş olmasa,
demə mənə
mən sevgimi kəsərəm.
Bil ki, canım, mən ölərəm
itərəm.
Sevgi yoxsa, arxayın ol,
gəl mənimlə məzəli-məzəli,
Məsələn,
təzələn.









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
100 yaşa qədər yaşamaq istəyənlər qəhvəni nə vaxt içməlidir? – Mütəxəssisdən tövsiyə
Türkiyəli aktrisa 9-cu dəfə əməliyyat olunacaq
Bu qidalar prostat xərçəngi riskini artırır
Dietoloqdan sərnişinlərə xəbərdarlıq: Təyyarədə bu içkiləri qəbul etməyin
Həsən Osmanov vəfat etdi
Tünzalə Ağayeva - "Ürəyim tək sənin üçün döyünür hər dəfə..." - Foto