Elza Rozaya uduzdu - Bu sözlər təhqir deyilmiş
Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli bu dəfə səhnədə deyil, məhkəmədə üz-üzə gəliblər. Bu işdə onlardan biri xüsusi ittihamçı, digəri isə təqsirləndirilən şəxs kimi çıxış edib.
azxeber.com xəbər verir ki, "Qafqazinfo"nun məlumatına görə, E.Seyidcahan R.Zərgərlini xüsusi ittiham qaydasında məhkəməyə verib.
Müğənni şikayət ərizəsində yazıb ki, Roza ona qarşı nalayiq ifadələr işlədərək təhqir edib. Yutub platformasında səsləndirilən təhqiredici fikirlər isə konkret olaraq "Bağışla Elza, bağışla məni, şou-biznesə təlxəklər, meymunlar lazımdır. Sadəcə pulsuzsan da, pulla oynayan meymunlar lazımdır. Elza şeirində deyir ki, ağzını aç, tüpürüm, tüpürcəyim bal dadır, sənin üzünə bal lazımdır.
Bu adamın başı işləmir. Dinlə məşğul olan adamlar hara baxır? Bu dəlinin qabağını almırlar, o şeirləri hansı şeriyyata soxa bilərsən. İfaçı kimi zay...." sözlərindən ibarətdir.
Deputatlığa namizəd olmuş Seyidcahan "təlxək", "dəli", "zay" sözləri ilə şəxsiyyətinin nalayiq formada alçaldığını, bu səbəbdən həmkarının 6 aylıq həbslə cəzalandırılmasını xahiş edib.
Təqsirləndirilən şəxs qismində cəlb edilmiş R.Zərgərli isə ittihamı qəbul etməyib. Müğənni deyib ki, onun işlətdiyi sözlər təhqir deyil, tənqid kimi qəbul edilməlidir: "Şair kimi bal, ifaçı kimi zay olduğunu demişəm. Bunu bildirməklə onu həm tərifləmişəm, həm də tənqid etmişəm. Üstəlik, həmin verilişdə onu mükəmməl bəstəkar kimi təqdim etmişəm".
Məhkəmə istintaqı müddətində xüsusi ittihamçıya qarşı səslənən fikirlərin təhqir olub-olmadığını dəqiqləşdirmək üçün ekspetiza keçirilib.
Amma ekspert rəyi səslənən fikirlərdə cinayət tərkibi yaradan hallar olduğunu təsdiqləməyib. Rəydə yazılır ki, təqsirləndirilən şəxsin müxtəlif mövzulara dair fikir bildirərkən qurduğu cümlələrdə işlətdiyi "təlxək", "meymun", "dəli" kimi sözlər daşıdığı məzmun baxımından aid edildiyi şəxsin şərəf və ləyaqətinin alçaldılması hesab edilir. Amma həmin sözlər ədəbi dil hüdudlarını aşmadığı və nalayiq leksikaya aid olmadığı üçün nalayiq məzmunlu hesab edilmir.
Yasamal Rayon Məhkəməsində keçirilən yekun iclasda hökm açıqlanıb. Hakim Rəşad Cavadzadə ekspert rəyini bu iş üzrə mötəbər sübut kimi qəbul edərək Roza Zərgərliyə bəraət verib. Ona qanunsuz məhkəməyə verilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək etmək hüququ olduğu da izah edilib.









Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü
Avtomobil sürənlər üçün vacib xəbərdarlıq
Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz
Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir
Qadınlara gül almayın' - Niyamdan kişilərə
Yenidən məhkəmədə üz-üzə gələcəklər
5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı
Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Sezen Aksu sevənlərə pis xəbər