Əməkdar artistə yardım kampaniyası
Şəkərli diabet və xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Gülnar Salmanova üçün yardım kampaniyası keçiriləcək.
Bu haqda teleaparıcı İradə İsaq məlumat yayıb:
"Aktrisa Gülnar Salmanovanın səhhətinin pis olması haqda dünən yazdığım statusdan sonra keçmiş millət vəkillərindən biri mənimlə əlaqə saxladı və bu gün Gülnar xanıma baş çəkməyə getdi. Bildirdi ki, əlindən gələn qədər ona kömək etməyə çalışıb, amma vəziyyəti heç də yaxşı deyil. Keçmiş deputatla qərara gəldik ki, Gülnar xanım üçün yardım aksiyası keçirək. Köməyi yalnız dövlət orqanlarından gözləməyək. Biz də vətəndaşlıq, biz də kömək etməliyik. Bir gün onun da ölüm xəbərini eşidəcəyik...
Bu aksiyanı işıqlandırmağa jurnalistlərimiz də qoşulsa, savab olar, laqeyd olmayaq. Sabah Gülnar xanıma baş çəkməyə gedirəm. Kim gəlmək, bu aksiyaya qoşulmaq istəyirsə, mənlə əlaqə saxlasın. Sabah saat 4-də onun evinin yanında, Nərimanov məhkəməsinin yanında görüşək".










8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Aspirin xərçəng riskini azaldır?
Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Azərbaycan elminə ağır itki - FOTO
Bəzi muğam ifaçıları çox tənbəldirlər' - Ceyhundan sərt tənqid
Koreyalı aktyorun cəsədi tapıldı