Əməkdar artistin vəziyyətı ağırdır: "Heç yaxşı deyiləm" - FOTOLAR
Əməkdar artist Naibə Allahverdiyeva səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Ötən ilin yay ayında əsəb dispanserində müalicə olunan aktrisanın bir neçə gün öncə halı yenidən dəyişib. Dünən isə o, təcili yardımla Bakı Sağlamlıq Mərkəzinə gətirilib.
Musavat.com xəbər verir ki, N. Allahverdiyeva qan təzyiqindən əziyyət çəkdiyini və keçirdiyi stress nəticəsində halının pisləşdiyini deyib:
"Bir müddət öncə yolda əsəb keçirdim, təzyiqim 250-ə qalxdı. Həmin ərəfədə müalicə olundum, səhhətim yaxşılaşdı. Sonra yenidən halım pisləşdi. Bütün orqanlarımı yoxlatmışam, sağlamam. Mənimki əsəbdəndir. Üç gün öncə yaşadığım gərginliklə bağlı təzyiqim qalxdı, dərman içsəm də, təzyiqim düşmədi. Dünən isə təcili yardım ilə xəstəxanaya gətirildim. Həkimlər sağ olsunlar, bacardıqlarını edirlər. Lakin hələ də özümü pis hiss edirəm, beynim pozulub, fikrim tez-tez dağılır. Həkimlər deyir əsəbdən krizis keçirirəm. Məni bu hala salan yaşadığım stressdir".
Danışarkən göz yaşlarını saxlaya bilməyən aktrisa gərginliyinin səbəbini isə tam açıqlamayıb: "Halım pisdir. əsəbi olmağımın səbəbini tam olaraq açıqlamaq istəmirəm. Onu deyim ki, bu hal iş qrafikim ilə bağlı deyil. Mən heç vaxt işdən qorxmamışam. Öz sənətimdən zövq alıram. Həyatımız tək işdən ibarət deyil. bu haqda danışmaq istəmirəm".
Aktrisa danışa-danışa səhhətinin yenidən pisləşdiyini bir daha vurğulayır: "Başımda, ayaqlarımda dəhşət ağrı var. Ayaqlarımda üyüşmə var. Heç yaxşı deyiləm. Bilmirəm axırım necə olacaq".













İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq