Emin Ağalarov silahlı atışmaya düşdü (VİDEO)
Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar, iş adamı Emin Ağalarov yeni klip çəkdirir.
BAKU.WS məlumat verir ki, müğənninin yeni klipinin çəkilişləri artıq tamamlanmaq üzrədir.
Müğənni yeni klipindən kiçik bir fraqment hazırlayıb və sevənləri ilə bölüşüb. Kadrlarda Eminin canlandırdığı "Jose Mamedov" obrazı silahlı atışmaya düşür. Onun yanında sarışın bir xanım var və onlar kimdənsə qaçır.
Yeni klip "İspaniya. leto" mahnısına çəkilir. Klipin ümumi senarisi barədə yaxın günlərdə tamaşaçılar agah olacaq.
f Paylaş