Emin Ağalarovun anası prezidentlə münasibətlərindən DANIŞDI: "Mehmanxanada tanış olduq" - FOTOLAR

Emin Ağalarovun anası prezidentlə münasibətlərindən DANIŞDI: "Mehmanxanada tanış olduq" - FOTOLAREmin Ağalarovun anası İrina Ağalarova "Time to eat" jurnalının fevral buraxılışının üz qabığının siması olub.
Qadinsayti.az-ın xəbərinə görə, İ.Ağalarova jurnala veridyi müsahibəsində özü barədə səmimi açıqlamalar verib. O, xoşbəxt ulduz altında doğulduğunu gizlətməyib, lakin hesab edir ki, öz vəziyyətinlə öyünmək doğru deyil:
"Tale elə gətirib ki, 2 ölkədə - Rusiya və Amerikada yaşamağa məcbur olmuşam. Hər iki ölkədə bizneslə məşğulam. Üstəlik qızım da Amerikada yaşayır. İllərdir belə davam edir, başqa cür mümkün deyil. Gələcəklə bağlı bəzi planlarım var. Məsələn, biznesimi genişləndirmək istərdim. Ümumiyyətlə, xəyallarım tez reallaşır, onu arzulamağa vaxt qalmır. Yəqin ki, mən hansısa uğurlu ulduz altında dünyaya gəmişəm".
İ.Ağalarova ABŞ-da prezident seçkilərində səsvermədə iştirak etmədiyini bildirib: "Əvvəlcə internetdən qeydiyyatdan keçmək lazım idi, bundan xəbərim olmadığı üçün səs verə bilmədim. Amma səs vermək imkanım olsaydı, şübhəsiz ki, Donald Trampı dəstəkləyərdim. O, çox xarizmatik və qonaqpərvərdir. Bizi "Miss ABŞ" gözəllik müsabiqəsinə dəvət etmişdi. Onunla mehmanxanada tanış olduq, Tramp bizə uşaqlarımız haqqında suallar verirdi. Yəni, adi söhbət deyildi, isti münasibətlər vardı. Emin onunla oturub daim zarafat edirdi, hiss olunurdu ki, Trampa bizimlə münasibət saxlamaq maraqlıdır. Bizə dedilər ki, Tramp adətən 15 dəqiqədən çox oturmur, amma bizimlə bir neçə saata yaxın qaldı, hətta getmək istəmirdi".
Biznes ledi bildirib ki, xəyalpərəst insan deyil. Realist olduğunu iddia edən Ağalarova həyatdan nə istədiyini yaxşı bildiyini vurğulayıb və ailəsinin onun üçün hər şeydən üstün olduğunu da etiraf edib.
İrina Ağalarova həyat yoldaşı Araz Ağalarovla eyni sinifdə oxuduqlarını söyləyib: "Biz eyni sinifdə oxumuşuq və eyni parta arxasında oturmuşuq. Bax, tanışlığımız belə başlayıb. O, hər zaman mənim çantamı daşıyırdı, qəlbinin xeyirxahlığından rəsmxət tapşırıqlarını mənim əvəzimə də çəkirdi. Zamanla bizim uşaqlıq dostluğumuz daha da böyüdü, amma hisslərimiz məktəbi bitirdikdən sonra ciddiləşdi. Nə qədər qəribə olsa da, onun ilk etirafını xatırlamıram. Biz bir-birimizi uzun illər tanıyırdıq, ona görə də indi qəbul olunan hansısa romantik jestlərə ehtiyac duymadan sadəcə evlənməyə qərar verdik. Bu, sonuncu kursda baş verdi. Yeri gəlmişkən bizim iki toyumuz oldu. Biri Bakıdakı şən tələbə yoldaşlarımızla, digəri isə Moskvada valideynlərimizlə birlikdə oldu. İkinci toyda qonaq çox idi və daha təmtəraqlı keçmişdi".
İrina zarafatla etiraf edib ki, özü, və həyat yoldaşı evliliklərinin ömürlük olacağını heç vaxt təsəvvür edə bilməyib: "Əvvəllər evlilik haqqında təsəvvürlər tamamilə başqa cür idi. Boşanmaq qəbuledilməz hal idi. Hamı bilirdi ki, nikah həmişəlik birlikdə olmaq deməkdir. Yaxşı və ya pis də olsa, xoşuna gəlsə və ya gəlməsə də, ər və arvad ömrünün sonuna qədər birlikdə olmalı idi. Lakin bütün nikahlarda problem olur. Məncə, nikahı birlikdə olmaq istəyi xilas edir".
Uğurlu olmağın birinci şərtini isə İrina Ağalarova belə ifadə edib: "Hesab edirəm ki, sadəcə uğurlu olmağı istəmək lazımdır. Uşaqlıqda pedaqoq olmaq istəyirdim, lakin öz ixtisasım üzrə işləməyə başlayanda başa düşdüm ki, bu, mənlik deyil. İki ildən sonra işim mənə darıxdırıcı gəldi. Onda ərim aspiranturaya qəbul oldu, biz də Moskvaya köçməyə qərar verdik".
Biznes ledi işlərindən də söz açıb: "Ətrafımda hər kəs bizneslə məşğul olandan sonra mən də istədim. Onda rəfiqəmlə gözəllik salonu açmağa qərar verdik. Daha sonra işlər böyüdü, indi Amerikada qızımla birlikdə daşınmaz əmlak alış-satışı ilə məşğul oluruq. Qızımla evlər alır, təmir edir və sonra satırıq. Ərim bəzən məsləhətlər verir, lakin ona "Mən belə istəyirəm" deyirəm. Fikirlərimiz həmişə fərqli olur. Amma iki güclü şəxsiyyət öz aralarında razılığa gələ bilir. Eminlə qızım da öz xarakteri ilə seçilir. Mən onların arasında manevr edirəm, çünki onsuz da nə istədiyimi və nəticənin necə olacağını yaxşı bilirəm. Maraqları heç nəyə görə boğmamaq vacibdir. Axı mən ixtisasca həm də psixoloqam. Əlbəttə ki, onların fikirlərini dinləyirəm, yaxınlarımın hisslərini qoruyuram, amma sonda düzgün və lazım bildiyim kimi edirəm".
İrina Ağalarova oğlu Eminin hər dəqiqəsinin məşğul olduğunu bildirib: "Oğlum çox məşğul insandır, hər dəqiqəsi planlaşdırılıb, o, özünə aid deyil. Bizə gələn kimi "Bura nə yaxşı sakitlik və rahatdır, heç getmək istəmirəm" deyir ".
İfaçının anası nəvələrinə olan məhəbbətindən də danışıb:
"Nəvələrimi tez-tez görə bilmirəm, amma onları dəlicəsinə sevirəm. Onları o qədər öpüb bağrıma basıram ki, bizdən gedəndə yanaqları qıpqırmızı olur. Əlbəttə ki, ərköyün olmalarını istəmirəm, lakin tez-tez görməyəndə başqa cür alınmır. Biz həmişə birlikdə nə isə hazırlamağı çox sevirik. Bizə gələn kimi ərzaqları verib öz reseptimə əsasən hər hansı yemək bişirməyimi xahiş edirlər. Qısası, bişirməyənə qədər yatmırlar. Ümumiyyətlə uşaqlarla və ailəmlə birlikdə vaxt keçirmək çox xoşdur. Bu, bizim ideal günümüz olur. Ailə həyatda çox dəyərlidir".
Publika.az
Emin Ağalarovun anası prezidentlə münasibətlərindən DANIŞDI: "Mehmanxanada tanış olduq" - FOTOLAREmin Ağalarovun anası prezidentlə münasibətlərindən DANIŞDI: "Mehmanxanada tanış olduq" - FOTOLAR

Xəbərlər     Baxılıb: 3824   Tarix: 01 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

aksessuarlar gozel gorunmek makiyaj etmek qaydalari haxışta pamidor maskasi terxun kompotu qadınlar kosmetika mekteb oyunlar sanama kəlamlar qız bürcü