Əmizdirmə zamanı arıqlamaq

Əmizdirmə zamanı arıqlamaqƏmizdirən anaları qlobal miqyasda dəstəkləyən və əmizdirmə məsələlərində maarifləndirən "La Leche League" beynəlxalq təşkilatı əmizdirmə müddətində arıqlamaq istəyən analara bir sıra tövsiyyələr vermişdir.
Təşkilat bildirir ki, əksər qadınlar doğuşdan sonra tezliklə normal çəkilərinə qayıtmaq üçün səbrsizlik göstərirlər. Məlumdur ki, hamiləlikdə artıq kilolar bir gecə yığılmamışdır və müvafiq olaraq da, tez bir zamanda yoxa çıxmayacaqdır. Analar doğuşdan iki ay sonra arıqlamağa başlasalar, bədənlərinin doğuşsonrası bərpası və bol süd ehtiyatının əsasının qoyulmasına imkan olacaqdır. Bir çox analar əmizdirərkən qidalarında müəyyən qaydalara riayət etməklə müntəzəm şəkildə arıqlamaqlarını hiss etmişdirlər lakin, yaxşı olardı ki, pəhriz tutmamışdan öncə hər bir ana həkimi ilə məsləhətləşsin.
nosplitgif4.gif
Balanslaşdırılmış qida. Ana özünün və körpəsinin sağlamlığı naminə balanslaşdırılmış şəkildə qidalandırıcı maddələri almalıdır. Əks halda ananın qidalandırıcı maddələr deposu tükənmə riskində olacaqdır. Düzgün qidalanmayan analarda südün azlığı və A, D, B6 və B 12 vitaminlərin çatışmamazlığı müşahidə olunur. Bu qətiyyən o demək deyil ki, ana ifrat miqdarda və ifrat kalorili qidalar qəbul etməlidir.
Aclıq. Ananın qidasında kalori çatışmamazlığı onun zəif, yorğun və halsız olmasına səbəb olur. Bu halda olan ana körpəsinə qulluq etməkdə çətinlik çəkir, südün miqdarının azlığından şikayət edir və südün gəlmə refleksinin zəifləməsini hiss edir. Laktasiya dövründə Qida Yarımşurası əmizdirən analara sutkada 1500-1800 kalori qəbul etməyi məsləhət görürür.
Arıqlamanın tempi. Artıq kilolarını tədricən atan analarda nə südün azalması, nə də körpənin sağlamlığa mənfi təsirlər qeydə alınmamışdır. Lakin tez bir zamanda arıqlayan əmizdirən analarda müəyyən narahatlıqlar özünü göstərmişdir. Ətraf mühitin çirklənməsindən bədənə daxil olan toksik maddələr piy qatında toplanır. Sürətlə arıqlayan anaların bədənində olan toksik maddələrin qan dövranında artması və bununla da südünə keçməsi mümkün olur. Sürətli arıqlama prosesi həmçinin süd istehsalının və ehtiyatının azalmasına da əsas olur.
Bir sıra məhşur pəhrizlər azkarbohidratlı qida rejimi təklif edir, bu pəhrizlər çəkinin tez bir zamanda azalmasına səbəb olur. Bu pəhrizlər adətən karbohidratları daha çox zülallarla əvəz etməyə çağırır. Həqiqətən də azkarbohidratlı pəhriz sürətli kilo azalmasına səbəb olsa da, əmizdirən analar üçün bu cür pəhrizlərə karbohidratların (meyvə və nişasta ilə zəngin tərəvəzlərin) daxil edilməsi gərəkdir. Hətta azkarbohidratlı pəhrizlərin tərtibatçıları belə hamilələrə və əmizdirənlərə karbohidratları pəhrizlərində artırmaqlarını tövsiyyə edirlər.
Bir pəhriz növü bütün insanlara uyğun olmaya bilər, xüsusən əmizdirən analara. Buna görə də əmizdirən analar pəhrizə başlamamışdan öncə məsələni ətraflı araşdırmalı, balanslaşdırılmış qidalanmalı, arıqlamanı tədricən və azkarbohidratlı pəhrizi öz ehtiyaclarına uyğun miqdarda karbohidratlarla zənginləşdirib həyata keçirməlidir.
Hazırladı: Səltənət Zülfüqarova,
Əmizdirmə məsləhətçisi
Vib.az

Xəbərlər     Baxılıb: 1882   Tarix: 07 fevral 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

gözəllik məhsulları makiyaj etmek qaydalari toy makiyaji sekilleri cinsi xəstəliklər saçlara qulluq ayaqqabı bagirsaqlari temizlemek ucun kosmetika ikizler veten haqqinda bayati burclerin uyumu hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz novruz hakisdalari