Ən məkrli spirtli içki: Heç bilirsiniz onun içində nələr var?
Pivə içmək kişilərdə iktidarsızlığa və sonsuzluğa səbəb ola bilər.
Milli.Az publika.az-a istinadla xəbər verir ki, bu barədə "Lenta.ru"ya diyetoloq İrina Yuzup danışıb.
"Səhv olaraq "yüngül" içki kimi qəbul edilən pivə çox vaxt böyük miqdarda istehlak olunur. Sağlamlıq üçün təhlükəli olan mənfi nəticələrə gətirib çıxaran da budur", - diyetoloq bildirib.
O, pivəni ən məkrli içki adlandırıb.
Alkoqoldan əlavə, pivədə şəkər, maya və mayaotu da var deyən həkim qeyd edib ki, az miqdarda bu maddələrin orqanizm üçün faydalı ola bilməsinə baxmayaraq, onların pivədəki konsentrasiyası digər içkilərə nisbətən xeyli yüksəkdir.
"Ən təhlükəlisi spirtin görünməz gücüdür. Pivə hər hansı digər spirtli içki kimi, asılılıq yaradır. Alkoqolizm orqanizmi məhv edən və qaraciyər sirrozu, pankreatit, ürək-damar xəstəlikləri, psixi pozğunluqlar və hətta onkologiyaya gətirib çıxaran ağır xəstəlikdir", - deyə ekspert yekunlaşdırıb.
Milli.Az









Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi