Ən məşhur serial Facebook-da rüsvay oldu - VİDEO
"Game of Thrones" serialının 7-ci mövsümünün premyerasının iyulda olacağını teleserialda Davos Sivort rolunu oynayan irlandiyalı aktyor Liam Kanninqem martın 1-də xəbər vermişdi.
"Pis xəbər odur ki, yalnız 7 seriya olacaq. Final mövsümün çəkilişləri isə sentyabrda başlanacaq", - aktyor demişdi.
"Game of Thrones" teleserialının Facebook səhifəsində yeni mövsümlə bağlı birbaşa videotranslyasiya olub. Dünənki translyasiyada buz kubun ətrafındakı alovlar yanırdı və buzu tədricən əridirdi. Lakin buz kub əriyib qurtarmamış translyasiya dayanıb.
HBO bunu texniki problemlərlə izah edib.
Facebook-da birbaşa translyasiyaya 2,9 milyon şəxs tamaşa edib.
Sosial şəbəkə istifadəçilərinin tam əksəriyyəti qəzəblənsə də, zarafat edənlər də az olmayıb.
"Bu buz serialda sevimli personajlarının ölümündən kədərlənərk ağlayan pərəstişkarların donmuş göz yaşlarıdır. Ona görə bu qədər uzun müddətə əridi. Duzu çox oldu", - şərhlərdən birində yazılıb.
"Game of Thrones" fentezi teleserialı 2011-ci ildən HBO telekanalında nümayiş olunur. Serial amerikalı yazıçı Corc Martinin "A Song of Ice and Fire" ("Buz və Alovun mahnısı") romanlar seriyası əsasında çəkilib.
f Paylaş








Daha bir ölkədə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları
"Survivor"da dəhşətli hadisə: İştirakçının ayağı amputasiya edildi
Məşhur müğənni SAXLANILDI
Maksim Qalkinin Bakı gəzintisi - FOTOLAR
Arıqlama iynələri möcüzədirmi?