Enerji içkilərdən istifadə orqanizmin zəifləməsinə səbəb olur

Enerji içkilərdən istifadə orqanizmin zəifləməsinə səbəb olurEnerji içkiləri iki kateqoriyaya ayrılır. Birinci qrupa kofein həcmi artıq olan, ikinci qrupa isə karbohidratın həcmi çox olanlar daxildir. Kofeini yüksək içkilərə gənclər daha çox üstünlük verir. Karbohidratı çox olan içkilərdən isə əsasən idmanla məşğul olanlar istifadə edir. Həmin içkilərin təsiri təxminən 3-4 saat davam edir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov enerji içkilərinin uşaqların, hamilə qadınların və ürək-damar xəstəliyindən əziyyət çəkənlərin qəbul etməsinin çox təhlükəli olduğunu deyir: "Tərkibi kofeinlə zəngin olan energetik içkilərin qəbulu süni stimulyator təsiri göstərir, yəni orqanizmdə bütün enerji mənbələrini süni olaraq kəskin şəkildə gücləndirir, bu isə xüsusilə ürək-damar sisteminə çox ciddi təzyiq yaradır və nəticədə ürək-damar sistemi normal olduğundan qat-qat artıq işləyir".
Enerji içkilərinin təsiri keçdikdən sonra insanda yorğunluq hissi yaranır. İdmanla məşğul olduqdan sonra isə içilən enerji içkisi qan təzyiqinin yüksəlməsinə, qan-damar sisteminin hərəkət prosesinə ciddi təsir göstərir. Mütəxəssislər bu içkiləri təbii şirələrlə əvəz etməyi daha məqsədəuyğun sayırlar.
Həkim-terapevtin dediyinə görə, alma, kök, çuğundur, nar, armud kimi meyvə və tərəvəzlərdən hazırlanan və gündə 1 və ya 2 stəkan qəbul edilən təbii şirələr süni stimulyator içkilərini tamamilə əvəz edə bilər.
10 qram kofein insan üçün təhlükəlidir. Bu isə 150 ədəd enerji sərfi deməkdir. Belə içkilər qısamüddətli yaxşı əhval-ruhiyyə yaradır, süni enerji artımı isə orqanizmin zəifləməsinə səbəb olur.
Xatırladaq ki, yanvarın 1-dən ölkəmizdə "Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları" qüvvəyə minib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hazırlanan yeni qaydalar bu məhsulların minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qablaşdırılması, etiketlənməsi, daşınması və saxlanmasına, həmin məhsulların istehsalında istifadə olunan xammal və materiallara dair məcburi tələbləri əks etdirir. Məqsəd enerji içkilərinin insan həyatı və sağlamlığı üçün təhlükəsizliyinin, istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunmasıdır. Bu qaydalar tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1432   Tarix: 15 yanvar 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

geymler 2026 kosmetoloq sac duzumleri konservləşdirilmiş məhsullar kitayski roza darcin faydasi qadın hüquqları kosmetika dostluq atalar sözü usaq geyimleri novruz bayramına aid hakışda pizza