"Ərim məni əxlaqsız yuvalarına aparırdı" – Bənövşə Süleymanova

"Ərim məni əxlaqsız yuvalarına aparırdı" – Bənövşə SüleymanovaDələduzluqda təqsirli bilinən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bənövşə Süleymanovanın keçmiş həyat yoldaşı Elmar Paşayev dindirilib.

Keçmiş ər qeyd edib ki, Bənövşə ilə evli olan dövrdə kafelər alıb: "Universitetdə oxumağa başlayan dövrdən işləmişəm. Həm oxumuşam, həmdə işləmişəm. Ailədə həmişə gəlir gətirən olmuşam. Bənövşənin puluna ehtiyacım olmayıb".

Bənövşə Süleymanova isə buna etiraz edib: "Camaatdan aldığım pulların hamısını Elmara vermişəm. O pullarla kafelər alıb".

Təqsiləndirilən şəxs həmçinin qeyd edib ki, əri onu əxlaqsız yeri olan otellərə aparıb: "Həmin əxlaqsız yuvalarından birinin adını deyə bilərəm. Bu "Maral" oteldir. Elmar məni dəfələrlə ora aparıb. Heç kişi də arvadını əxlaqsız yuvalarına aparar? Bununla bağlı faktlar deyə bilərəm. Həmin oteldə olmağımızla bağlı səs yazılarımız, oteldə qeydiyyat dəftərində qeydiyyatdam keçməyimiz var".

Elmar Paşayev Bənövşənin yalan danışdığını deyib: "Burada da pis heç nə yoxdur. Biz onunla otelə yox, dəniz kənarına gəzməyə getmişik".

Bənövşə Süleymanova əlavə edib ki, əri onu dəlixanaya salıb və dəlilik adı ilə boşayıb: "Elmar mənə deyirdi ki, vəzifəli şəxslərin adından istifadə elə, pul topla. Amma onun adını hallandırmamağımı istəyirdi. Sonra məni dəlixanaya saldı. Mən "Maştağa"da olanda vətəndaşların məndən şikayət etdiyini eşitdim. Anama, atama zəng edirdim ki, mən dəli deyiləm, məni buradan çıxardın, şikayətçilərlə danışım. Pulları Elmara verdiyimi onlara deyim, onlarda puların kimdə olduğunu bilsinlər. Elmar məndən istifadə edib".

Proses iyunun 27-də davam edəcək.

Qeyd edək ki, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi vəzifəsində çalışıb.

O, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.

Bənövşə Süleymanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Lent.az

Xəbərlər     Baxılıb: 2586   Tarix: 21 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

toy gecesi qadin sayti geymler 2026 paltar modelleri kitayski roza fotoqaleriya qış salatları kosmetika masqalar vətənə aid bayatılar haxista sirin qogal efsane