"Ərimi qardaşı qızı ilə dəfələrlə yataqda tutmuşam" - Gəncədəki biabırçı olayın TƏFƏRRÜATI

"Ərimi qardaşı qızı ilə dəfələrlə yataqda tutmuşam" - Gəncədəki biabırçı olayın TƏFƏRRÜATIGəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərovun qardaşının 23 yaşlı qızını evlənmək məqsədilə qaçırması günün ən çox müzakirə olunan mövzusuna çevrilib. Tükürpədici hadisə ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Adı qardaşının qızını qaçırmaqda hallanan H.Səfərov həyat yoldaşının onunla bağlı dediyi fikirlərin yalan olduğunu bildirib.

Həsənin ayrılmaq istədiyi həyat yoldaşı Həmidə Səfərova AzVision.az-a yeni faktlar açıqlayıb. O, ərini qardaşı qız ilə evdə yataqda tutduğunu, əlində bunu sübut edəcək faktların olduğunu söyləyib.

"Mənim sübutlarım var. İndiyədək susurdum ki, ailəm dağılmasın. Uşaqlarımın xatirinə onun iyrənc hərəkətlərinə dözürdüm. İndi susmayacağam. Qoy, hamı bilsin ki, Həsən necə iyrənc, namussuz adamdır. Mən ondan aliment tələb edirəm. Bundan sonra iki dünya bir olsa onunla bir evdə yaşamaram. Həsən kişi kimi boşanardı, ondan sonra gedib kiminlə istəsə evlənərdi. O, ailəsini ataraq öz qardaşı qızı ilə qoşulub qaçıb.

Mən bu məsələni televiziyada açıqlayandan sonra məni ölümlə hədələyirlər. Baldızım Könül zəng edib, məni təhqir edir. Deyir, qardaşımın başından bir tük əskik olsa, məni öldürəcəklər. Bacısı qardaşının çirkin əməl sahibi olduğunu gizlətmir. Yalvarır ki, bizi biabır eləməyin, insan içinə çıxa bilmirik".

H.Səfərova ərinin qardaşı qızı ilə münasibətindən çoxdan xəbər tutduğunu etiraf edib.

"Mən dəfələrlə evə girib, onları bir yerdə ər-arvad münasibətində görmüşəm. Məni ölümlə hədələyirdi. 7 ili belə başa vurmuşam ki, bəlkə düzələr.

"4 aylıq hamilə olanda məni müalicə adı ilə atamgilə göndərdi. Bir müddət sonra mənə məhkəmədən kağız gəldi. Məni boşanmaq istədiyini dedi. Səbəbini soruşdum. Dedim, mən üç uşaqla necə dolanım. Mənim məqsədim aliment almaqdır. Üç uşağa tək başına baxa bilmirəm. Qaynanam deyir, əlin hara çatır, şikayət elə. Mən onun 3 uşağını saxlayıram. Heç cür imkanım yoxdur. Uşağın ən balacasının beyindaxili təzyiqi var. Müalicə etdirə bilmirəm. Çox acınacaqlı həyat yaşayıram. Mənə oğlanın valideyinləri deyir ki, susmalısan, ölməlisən. Onlar nə deyir, o olmalıdır? Mənim uşaqlarımın gələcəyi var. Məktəbə getməlidirlər, onlar nə yeyəcəklər, nə içəcəklər? Bunu düşünən var?

Bundan sonra Həsənlə bir evdə yaşamaq istəmirəm. Bu adamı ortalığa çıxarıb, atalıqdan məhrum etsinlər. İndi biz Bakıya gedirik. Televiziya verilişinə çıxıb, hər şeyi olduğu kimi danışacağam. Mən dəfələrlə onları yataqda tutmuşam. Amma hec kimə demirdim ki, biabırçılıq olar. Bu hadisədən sonra qaçan qızın əri efirə çıxmaq istəmədi. İki uşağı atdı qızın atasının üstünə. Dedi, onun uşaqları mənə lazım deyil. Bu uşaqlar sənin qardaşının uşaqlarıdır, apar saxla. Oğlanın dediyinə görə, qız 4-5 aylıq hamilədir".

Qeyd edək ki, Gəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub. Kişinin həyat yoldaşının verdiyi məlumata görə, onların əvvəldən münasibətləri olub. Həsən Səfərova qoşulub qaçan qız evli olub və iki uşağı var.

Xəbərlər     Baxılıb: 2416   Tarix: 05 aprel 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yeməkdən əvvəl, yoxsa sonra su içmək daha doğrudur? - Mütəxəssislər açıqlayır

Gündəlik həyatda tez-tez müzakirə olunan suallardan biri də suyun yeməkdən əvvəl, yoxsa sonra içilməsinin daha faydalı olmasıdır. Mütəxəssislər bildirirlər ki, bu məsələ orqanizmin xüsusiyyətlərindən və qidalanma vərdişlərində

.

ÜST "Hantavirus"la bağlı təcili brifinq keçirdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) narahatlıq doğuran son Hantavirus epidemiyası ilə bağlı təcili media brifinqi keçirib. xəbər verir ki, sosial media kanallarında canlı yayımlanan görüş zamanı virusun qlobal yayılma risk

.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə ÜSUL

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.  bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Arıqlama iynələri möcüzədirmi?

Arıqlama iynələri son dövrün ən çox danışılan sağlamlıq trendlərindən biridir. Bəs bu dərmanlar həqiqətən möcüzədirmi və qalıcı çəki itkisi üçün təkbaşına kifayətdirmi? Yoxsa düzgün planlaşdırma və nəzarət olmadan istifad

.

Dar paltarların gizli təhlükəsi - İnfeksiya riski

Gündəlik həyatda dar paltarlar - xüsusilə cins şalvarlar və bədəni sıxan geyimlər - dəb baxımından cəlbedici görünsə də, sağlamlıq üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu cür geyimlə

.

Portağalın hansı faydaları var?

Portağal sağlamlıq üçün ən faydalı meyvələrdən biri hesab olunur.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, portağal C vitamini ilə zəngin olduğundan immun sistemini gücləndirir və orqanizmi müxtəlif infeksiyalar

.

Qrip kimi başlayan ölümcül TƏHLÜKƏ: "Hantavirus"un simptomları nələrdir?

Hantavirus qripəbənzər simptomlara səbəb ola bilən nadir bir virusdur və irəlilədikcə ölümcül ağciyər və ya böyrək problemlərinə səbəb ola bilər. xəbər verir ki, əsasən siçanlar və ya siçovullar kimi yoluxmuş gəmiricilə

turlar.az

sac duzumleri gözəllik məhsulları geyim şəkilləri tutun xeyri sizanaqlara qarsi vasite sözlü şəkillər mütləq bilməlisiniz kosmetika google gunay babasil öpüşme oxatan