Ərli qadın gizlicə başqası ilə sevişdi, intim videosu çəkildi, sonra... - Bakıda ŞOK OLAY

Ərli qadın gizlicə başqası ilə sevişdi, intim videosu çəkildi, sonra... - Bakıda ŞOK OLAYHədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Akif Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yasamal rayonunda yaşayan Akif Rüstəmov əvvəllər məhkumluq həyatı yaşayıb. İki uşaq atası olan Akif Samirə Babayeva (ad və soyad şərti verilib – red.) ilə sossial şəbəkələrdən birində tanış olub. Onlar virtual aləmdə olan münasibətlərini daha sonra real həyatda davam etdiriblər.

İlk görüş

Akif Rüstəmovla Samirənin ilk görüşü 2014-cü ilin sentyabrında baş tutub. Həmin vaxt Akiflə görüşən Samirə onunla könüllü cinsi əlaqədə olmağa razı olub. Onlar birlikdə Akif Rüstəmovun bir günlük kirayələdiyi evə gediblər, orada cinsi əlaqədə olublar.

Gizli çəkiliş

Bu zaman Akif Rüstəmov qadınla cinsi əlaqədə olmasını gizli şəkildə videokameranın yaddaşına köçürüb. Sonra o, Samirəni həmin çəkilişlərlə şantaj etməyə başlayıb. Akif Samirəyə deyib ki, həmin çəkilişləri internetdə yerləşdirərək, onu rusvay edəcək.

Ailəli olan Samirə ərinin bu rusvayçılıqdan xəbər tutmasını istəməyib. Akif Samirədən həmin görüntüləri yayılmaması üçün şantaj yolu ilə pulı tələb etməyə başlayıb.

2 min manat və 30 qram qızıl

Bununla bağlı Akif Rüstəmov Samirə ilə 8 oktyabr 2014-cü il tarixdə Nəsimi rayonu 111 saylı orta məktəbin qarşısında görüşüb və ondan 1000 manat alıb. Ertəsi gün yenə də həmin ünvanda Samirə ilə görüşən Akif ondan təkrarən 1000 manat götürüb.

Daha sonra Samirə Akif Rüstəmovun susması üçün ümumi çəkisi təxminən 30 qram olan, cəmi 1200 manat dəyərində 5 növdə, o cümlədən 1 ədəd "fantaziya" qadın qızıl üzüyü, 1 dəst qadın qızıl üzüyü və sırğanı, 1 ədəd qadın qızıl boyunbağı, 1 ədəd qaşlı qızıl üzüyü və 1 ədəd qızıl nişan üzüyünü ona verib.

Bununla kifayətlənməyən Akif Rüstəmov qadına qarşı şantajlarını davam etdirib. O, oktyabrın 19-da Samirəyə yenə də hədə-qorxu gəlib, ondan 300 manat alıb.

"Çəkilişləri ərinə göstərcəm"

Daha sonra Akif Rüstəmov şantajlarına iki ay ara verib. İki aydan sonra, yəni dekabrın 10-da yenidən Samirəyə zəng vuran Akif Rüstəmov onu yenidən şantaj edərək pul istəyib. Pul verməyəcəyi halda isə həmin çəkilişi ərinə və ailə üzvlərinə göstərcəyi ilə şantaj edib.

Bu şantajlarla bağlı Samirə dekabrın 10-da Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən evinin yaxınlığında Akiflə görüşüb. O, həmin vaxt Akifə 600 manat verib.

Daha sonra Akif Rüstəmov qadınla 2014-cü ilin dekabrın 18-nə kimi olan müddətdə ayrı-ayrı günlərdə 111 saylı orta məktəbin yaxınlığında görüşərək ümumilikdə 5820 manat alıb.

Maşında görüş

Bundan başqa, Akif Rüstəmov dekabrın 18-də, saat 18-də Samirəni Nəsimi rayonu, 20 Yanvar küçəsində idarə etdiyi "Saypa" markalı avtomibilə mindirib. O, yenidən ondan hədə-qorxu ilə pul tələb edib.

Samirə ona pul verməkdən boyun qaçırıb. Bu səbəbdən Akif Samirənin sifət nahiyəsindən bir neçə dəfə vurub, ona xəsarət yetirib. Qadını döyəndən sonra rüsvayedici məlumatları yaymaqla hədələyərək, ondan 500 manat alıb.

Şantaj edildi, evində döyüldü

Akif Rüstəmov tərəfindən döyülən qadın bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Bu şikayətdən qəzəblənən Akif Rüstəmov 2015-ci il yanvarın 16-də Samirənin yaşadığı mənzilə gəlib. O, Samirədən nə üçün dövlət orqanlarına şikayət etdiyini bildirib.

Bu zaman onların arasında mübahisə yaranıb. Akif qadına zor tətbiq edərək, yumruqla onun üz nahiyəsinə vurub. Samirə zərbədən xəsarət alıb.

8 il həbs

Akif Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Akif Rüstəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Akif Rüstəmov apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, ittihamda göstərilən cinayət əməllərini törətməyib. Onun qeydinə görə, barəsində ibtidai istintaq orqanı tərəfindən aparılmış cinayət işi qondarmadır və ittiham yalnız zərərçəkmiş şəxsin ifadəsinə əsaslanıb.

Akif Rüstəmov barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti Bakı Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim heyəti onun şikayətinin təmin olunmaması barədə qərar qəbul edib.

Bu qərardan narazı qalan Akif Rüstəmov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə Akif Rüstəmovun kasasiya şikayəti araşdırılıb.

Hakim heyəti Akif Rüstəmovun kasasiya şikayətini əsassız hesab edib və təmin edilməməsi barədə qərar açıqlayıb.// Publika.az

Xəbərlər     Baxılıb: 3199   Tarix: 28 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər. xəbər verir ki, "Independent Türkçe"nin məlumatına görə, Koreya Universitetinin alimləri 7 il ərzind

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Maşında ürəkbulanmanın yaranma səbəbi

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. -a istinadən xəbər verir ki, bu hal daxil

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

reseptler aksessuarlar toy makiyajlari uşaq dünyası göz xəstəlikləri maraqli sekiller bürclərin sevgi cədvəli kosmetika aydin sani efsaneler yemek reseptleri heyati eqreb