Ermənilərin girov saxladığı Dilqəmin atası iflic oldu- ÜRƏKDAĞLAYAN FOTO
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərovun səhhəti pisləşib.
Qadinsayti.az bildirir ki, bu barədə azvision.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. Onun sözlərinə görə, babası hazırda həkim nəzarətindədir.
"On gün idi ki, babam atamın adını çəkib, hönkür-hönkür ağlayırdı. Deyirdi ki, Dilqəmin vəziyyəti ağırdır, onu görmək istəyirəm. Artıq üç gündür ki, babamın vəziyyəti ağırdır. Həkimlər onun iflic olduğunu deyirlər. Əli, bədənin bir hissəsi hərəkətsiz vəziyyətdədir. O, artıq danışdıqlarımızı da eşitmir. Hərdən atamın adını çəkir. Babam oğlunun yolunu gözləyir".
K.Əsgərov sonuncu dəfə atasından dekabr ayında məktub aldıqlarını deyib.
Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma "məhkəmə"nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
f Paylaş








Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri