Əsgərlik yaşını 21 etmək olmaz ki?
"Deyəndə ki, təhsil sistemində dəyişiklik mütləqdir, təkcə məktəbləri nəzərdə tutmurdum.
Düşündüm ki, statusumdan sonra millət vəkilləri, məşhurlar da başqa problemləri işıqlandırarlar. Mən özümə aid problemləri yox, əslində, hamını narahat edən problemləri yazıram".
azxeber.com xəbər verir ki, bu sözləri müğənni Nura Suri öz sosial şəbəkə hesabında yazıb.
Sənətçi bu problemlərə bir insan kimi, biganə qala bilmədiyini bildirib.
"Yüksək bal toplayan, amma universitetlərə qəbul olunmayan tələbələrin sayı niyə təhsil sistemində heç kəsi narahat etmir? Nəyisə dəyişmək lazım olduğunu anlamaq bu qədər çətindir ki? Kodlaşdırma niyə bu qədər mürəkkəbdir? Valideynlər kodlaşdırmadan başı çıxan insanlara müraciət edib pul ödəyirlər (100-200 manat). Niyə axı tələbə ya valideyn əziyyət çəkməlidir?
Oğlan uşaqlarını 18 yaşında əsgərliyə göndərməmək üçün peşə məktəblərinə deyil, mütləq universitetlərə yönəldirlər. Əsgərlik yaşını 21-dən etmək olmaz ki? Niyə axı heç kəs mövcud problemlərin həll yollarını axtarmır?
Mən müğənniyəm, işim oxumaqdır, əyləndirməkdir. Bunları yazdıqca işim də azalır, qazancım da. Bir insan kimi, vətəndaş kimi biganə qala bilmədiyimdən yazıram".









Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən 100 dəfə daha faydalıdır
Telefonu tualetə əsla aparmayın - 10 səbəb
Nadir xanımı və yeni doğulan nəvəsi ilə - Foto
ABŞ-də mətbəx mebeli ilə əlaqəli təhlükəli xəstəlik AŞKARLANDI
Dünyada ölümcül qrip sürətlə yayılır: nə məlumdur?
Baş ağrısını tez aradan qaldırmaq üçün sadə ÜSUL
Bir qutu enerji içkisinin fəsadları
Ən faydalı ət
Kənan İmirzalıoğlu deputat olmaq istəyir - İDDİA
Hər daş atana fikir verməyin' - Mənsum İbrahimov
Protein tozları həqiqətən lazımlıdır? - Mütəxəssisdən açıqlama
İllərdir səhv bilinir - Eyni yerdə saxlayanda bir-birini çürüdən məhsullar