"Əslində mən varlı xanımam..." - Əməkdar artist
ATV kanalında mənə qarşı olan qadağa aradan götürülüb. Barışmışıq. İndi hər şey yaxşıdır.
Xanim.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Mehriban Xanlarova deyib.
Xatırladaq ki, bir müddət əvvəl aktrisa ATV telekanalında yayımlanan proqram və seriallarda çıxışının qadağan edildiyini deyərək, Vüqar Qaradağlıya qarşı sərt ittihamlar səsləndirmişdi.
Aktrisa yeni serialla ekranlara qayıdacağının müjdəsini də verib:
"Bilirsiniz ki, uzun müddət seriallarda çəkilmədim. Buna səbəb tamaşaçıların qarşısına yaxşı obrazla çıxmaq idi. Bir serial təklifi almışam. Dəqiqləşəndən sonra bu haqda ətraflı açıqlama verəcəyəm".
Son olaraq "Nazlı" romantik komediyasında rol aldığını deyən aktrisa filmdə kəndli qadın obrazını yaratdığını bildirib:
"Filmdə məni başqa ampulada görəcəksiniz. Əslində, çox varlı bir xanımam, sadəcə baş roldakı qızı düz yola gətirmək üçün kənd qadını obrazına girməyə məcburam".
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir