Əsrimizin bəlasının fəsadları: Skelet xəstəlikləri, piylənmə riski…

Əsrimizin bəlasının fəsadları: Skelet xəstəlikləri, piylənmə riski…Exnologiyanın günü-gündən inkişaf etməsi həyatımıza təsirsiz ötüşmür. Artıq ayrılmaz hissəmizə çevrilən telefonların müsbət tərəfləri qədər səhhətimizdə yaratdığı problemlər özünü göstərir.
İsveçrə Tropiklər və İctimai Səhiyyə İnstitutunun alimləri də bu qənaətə gəlib ki, mobil telefonun elektromaqnit şüası xüsusilə yeniyetmələrin yaddaşına mənfi təsir göstərir. Şüanın beyinə potensial təsirinin minimuma endirilməsi üçün mobil telefonla danışarkən (xüsusən şəbəkənin gücü zəif olduqda) qulaqcıq və ya səsgücləndiricidən istifadə tövsiyə edilir.
Texnoloji vasitələrdən daha çox istifadə insanda vərdiş, alışqanlıq halını alır. Onların uşaqlara təsir gücü isə daha çoxdur. Ictimai həyatdan qaçma, içə qapalılıq, bu alətləri qadağan edən valideynə qarşı aqressiya göstərmə kimi əlamətlər psixoloji travmanın yaratdığı təsirlər arasındadır. Bu qrup uşaqlarda depressiya, autizm, diqqət əskikliyi daha çox görülür. Yüksək texnoloji sürət ilə gerçək həyat arasındakı fərqlilik uşaqların davranışlarında dözümsüzlük, empatiya qura bilməmək, hadisələrin həlli yolunu tapmamaq  kimi özünü büruzə verir. Zamanla uşaqlar təcavüzkar bir şəxsiyyətə donuşur.
Texnoloji vasitələr uşaqlara fiziki baxımdan aşağıdakı mənfi təsirləri göstərir:
Vizyon problemləri.
Skelet xəstəlikləri.
Radiasiya alınması.
Hərəkətin məhdudlaşdırılmasına səbəb olan əzələ problemləri.
Köklük riski.
Yuxu rejiminin pisləşməsi və  yuxuya getmə problemləri.
Bəs, texnologiya asılılığından necə xilas olmaq mümkündür?
Mütəxəssislər bildirir ki, ilk olaraq telefon və digər texnoloji alətlərin vərdiş halını alıb-almaması dəqiqləşdirilməlidir. Əgər həqiqətən texnologiyadan asılılıq varsa, müvafiq mütəxəssis dəstəyi alınmalıdır. Bununla yanaşı, texnologiyanın istifadəsinə gətirib çıxaran səbəblər araşdırılmalıdır.
İkincisi, texnologiya asılılığına səbəb olan vəziyyətlər aradan qaldırılmalıdır. İnsanın həyat tərzi buna səbəbdirsə, həyat tərzi dəyişdirilməli , sosial səbəblər varsa, sosial mühit nəzərdən keçirilməlidir.
Psixoloqlar bildirir ki, əsasən təklikdən və sevgisizlikdən əziyyət çəkən insanlarda texnoloji alətlərdən asılılıq yaranır. Texnologiya asılılığı yaşayan bir insanın bu problemi qəbul etməsi, bu problemlə əlaqəli kömək istəməkdən utanmaması, bu problemi ailə üzvləriylə, yaxınlarıyla paylaşması, onların dəstəyini istəməsi, bu problemlə əlaqəli atacağı addımlar atması vacibdir.
Uşaqları telefondan asılı olan valideynlərə həll yolları:
Birincisi, valideynlər uşaqların maraqlandığı şeylər barədə məlumatlanmalıdırlar. Uşaqlarla daha çox ünsiyyət qurmaq və onları maraqlandıran sahələri təqib etmək lazımdır. Valideynlər uşaqlarının rol modelləri olduğunu unutmamalı və ilk növbədə uzun müddətli texnoloji vasitələrlə məşğul olmamalıdırlar. Uşaqlar virtual mühit, parol və təhlükəsiz internetdən istifadə barədə məlumatlandırılmalıdır. Şiddət proqramları izlənilməməli və oyunlar satın alınmamalıdır. Bu sayədə həm uşaqların texnoloji alətləri istifadəsi ana və atanın nəzarəti altında olur, həm də kompüterin ortaq olması onun istifadə müddətini azaldır. Virtual mühitdə heç bir paylaşma bizim real həyat mübadiləsini əvəz edə bilməz, ona görə də valideynlər uşaqlara daha çox vaxt ayırmalıdır. Uşaqları texnologiyadan uzaqlaşdırmaq realist bir yanaşma deyil. Ancaq valideynlər öz uşaqlarına nümunə kimi texnoloji asılılıqdan uzaqlaşsa, uşaqlar da texnoloji asılılıqdan xilas olar.
Sosialoq Əhməd Qəşəmoğlu deyir ki, telefondan asılılıq sosial bəladır: "Telefon günümüzün, həyatımızın atributudur. Ondan asılılıq isə sosial bəladır. Cəmiyyəti bundan xilas etmək lazımdır. Bu elə bir məsələ deyil ki, qanun qəbul edib, kimisə hansısa cəza ilə telefondan uzaqlaşdıraq. Bununla bağlı maarifləndirmə işləri aparılmalıdır. Telefon asılılığı insanın ailəsi, həyatı karyerası üçün problemlər yaradır. Küçədə, ictimai nəqliyyatda fikir versək, insanların telefonlarını əlindən qoymadıqlarını görəcəyik. Bəzən isə onlar yola belə baxmırlar və həyatlarını təhlükəyə atırlar. Ona görə bu sahəni başlı-başına buraxmamalıyıq. Müxtəlif sosial layihələr, maarifləndirmə tədbirləri təşkil edilməlidir. Televiziyada bu haqda proqramlar hazırlanmalıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1654   Tarix: 16 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

geyim necə seçməli qadın geyimi geyim şəkilləri yay kolleksiyasi 2026 qonaq otagi daglar haqqinda qırmızı xalça kosmetika gözellik burcler haqqinda vətən haqqında atalar sözləri veten haqqinda atalar sozu veten haqqinda atalar sozleri