Estetik əməliyyat etmək istəyənlərə qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Estetik əməliyyat etmək istəyənlərə qiymətlərlə bağlı XƏBƏRDARLIQXəbər verdiyimiz kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə "Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən ali ixtisas tibb təhsilinin tədris proqramlarına uyğun olaraq icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların Siyahısı" təsdiq edilib.
Qeyd edək ki, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş və 42 həkimin Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilib.
Halbuki, xüsusi icazə üçün 100-ə yaxın müraciət olub. Cəmi 42 həkimə xüsusi icazənin verilməsi bu sahədə keyfiyyətin yüksələcəyinə bir ümid yaradır.
Amma həkimlərin azalmasının xidmətdəki qiymətlərə də yeni dinamika verəcəyi də qeyd olunur.
Məsələ ilə bağlı Tibb elmləri doktoru Adil Qeybullanın fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında bu qərarın işin keyfiyyətinə təsir edəcəyini düşünmədiyini deyib:
"Sadəcə, sözügedən prodsedur bundan sonra qanunla, hüququn imkan verdiyi formada tənzimlənəcək. Əslində bizdə akkredasiya sistemi yoxdur. Ona görə də belə bir icazəli sistem yaradıldı. Bu da müəyyən bir süzgəcdir. Yəni kim gəldi plastik cərrahiyyə ilə məşğul olmayacaq. Söhbət bundan gedir ki, bu işlə məşğul olanların əllərində hüquqi əsas olsun".
Bəs, həkim azlığı xidmətin qiymətlərini qaldırmayacaq ki?
"Bu daha çox xəstələrin rəyindən və istəyindən asılıdır. O ki, qaldı saya... Onu deyə bilərəm ki, gələcəkdə həm ilk dəfə xüsusi icazə kağızı almayan, həm də yeni həkimlər müracət edib, sertifikat ala biləcəklər", - deyə müsahibimiz əlavə edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1623   Tarix: 19 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

kosmetika mehsullari donlar 2026 reseptler halva reseptləri hakistalar kampotlarin hazirlanmasi prostat vəzi kosmetika novruz hakistalari novruz hakistasi oğlan evine aid hakisda qoğalın nağlı sekis