Əti əvəz edən göbələyin bilmədiyiniz 12 faydası - Qanazlığı, şəkər, təzyiq...

Əti əvəz edən göbələyin bilmədiyiniz 12 faydası - Qanazlığı, şəkər, təzyiq...İnsanların bir çoxu meşəyə gedən zaman göbələk toplamaqdan ləzzət alırlar. Ancaq göbələyi tanımaq mühüm məsələdir. Göbələyin təxminən 38 min növü vardır. Onların bəzisi zəhərli və bəzisi zəhərsizdir. Göbələyin müxtəlif formalı və müxtəlif rəngli çeşidləri var. Göbələk çox ləzzətli tərəvəzdir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, yunanlar qədim zamanlarda belə düşünürdülər ki, göbələk döyüş meydanına gedən döyüşçülərə xüsusi güc verir. Ona görə də ondan ancaq bayram günlərində istifadə edərdilər. Çinlilər isə ondan dəyərli bir ərzaq kimi istifadə edərdilər.
Yeməklərə ləzzət qatan, vitamin anbarı hesab olunan göbələyin sağlamlığa olan faydaları saymaqla bitmir.
-Göbələklər xərçəng xəstəliyinin qarşısını alır və qan damarlarına elastiklik bəxş edir.
- Göbələyin tərkibində 80-90 faiz su vardır. Ona görə kalorisi çox azdır. Arıqlamaq istəyənlər üçün münasib qidadır.
-Bədəninizin müqavimətini artıran göbələk bir çox xəstəliyə dayanıqlı olmanızı təmin edən və sizi bu xəstəliklərdən qoruyan bir qida növüdür. İçində heç bir yağ və xolesterol saxlamayan, tərkibi zülal, lif, vitamin, mineral və su baxımından zəngin olan göbələk diabetli xəstələr üçün ideal bir qidadır.
-Təbii insulin və ferment saxlama qabiliyyəti baxımından qan şəkərini tənzimləməyə kömək edir. Tərkibində saf zülal qaynağı olması və içində heç bir xolesterol və yağ olmaması baxımından ət yeməklərini əvəz edən ən sağlam qida hesab olunur. Həzm prosesi zamanı tərkibindəki liflər və fermentlər sayəsində zərərli xolesterinin səviyyəsinin düşməsinə yardımçı olur.
-Antioksidant baxımından zəngin olan göbələk həzmi asanlaşdırır. Tərkibində pensilinin bənzəri olan antibiotiklər mikroblarla və infeksiyalarla mübarizə aparır, mədə xəstəliklərinin müalicə olunmasına köməkçi olur. Tərkibində olan A, kompleks B və C vitaminləri həzm sistemini nizamlayır.
-Artıq çəkidən azad olmaq istəyənlər üçün göbələk uyğun qida növü hesab olunur. Tərkibində yağ olmayan,  həzmi asanlaşdıran və zülal baxımından zəngin olan göbələk artıq çəkidən azad olmaq istəyənlər üçün əhəmiyyətli bir qidadır.
-Heyvani qidalar və yağlar damar problemlərinə gətirib çıxartdığından tamamilə bitki mənşəli olan və tərkibində sıfır faiz yağ olan göbələk, ürəyi də qoruyur və damar tıxanmalarının qarşısını alır.
-Zəhərlənmələrə qarşı isə zəhərli olmayan göbələkləri tanımaq və diqqətli istifadəsi məsləhət görülür.
-Göbələk dəmir mənbəyidir.100 qram göbələyin tərkibində 1 milliqram dəmir var. Göbələyin tərkibində olan dəmir tez bir zamanda öz təsiri göstərir. 
-Göbələk kalium və mis mənbəyidir. Bu maddə qan təzyiqinin aşağı düşməsinə yardım edər. Ürək infaktı riskini azaldar. Göbələyin tərkibində olan kalium banan və bir stəkan portağal suyundan daha çoxdur. 5 ədəd göbələk bədənin misə olan ehtiyacının 20-40 faizini təmin edir. Bununla yanaşı, immun sistemini qaldırır. Göbələk selen mənbəyidir.
-Selen hüceyrələri qoruyan antioksidantdır. Müşahidələr göstərir gün ərzində müəyyən edilən miqdardan ikiqat çox selen qəbul edənlərdə xərçəng riski 65 faiz azalıb. 
Bəs göbələkləri necə seçək?
Sağlam və zərər görməmiş göbələkləri almağa çalışın. Kağız paketdə onu bir həftə soyuducuda saxlaya bilərsiniz. Göbəklərləri əvvəl təmizləyib, sonra yumaq lazımdır. Onun konservindən, qurudulmuşundan və dondurulmuşundan istifadə edə bilərsiniz.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2229   Tarix: 14 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

yaz geyimleri 2026 kosmetik vasiteler maskalar xiyarın faydaları monika belluççi testlər seksual pozalar kosmetika xeyanet oğlaq xocali vətənə aid bayatı layla