Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?

Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?"Heyvanlarla böyüyən uşaqlarda empatiya hissi və emosional bağlanma daha güclü ola bilər. Lakin körpə və kiçik uşaqların immun sistemi həssas olduğu üçün gigiyena qaydalarına ciddi əməl etmək vacibdir".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun  pediatrı  Gülnarə İlyasova açıqlayıb.
Onun sözlərinə görə, uşaqlara və ailə üzvlərinə əllərini yumaq öyrədilməlidir:
"Heyvana toxunduqdan, yemək qablarını təmizlədikdən, qum və ya tualet qabını dəyişdikdən, heyvanın tüpürcəyi ilə təmasdan sonra əllər ən azı 20 saniyə sabun və su ilə yuyulmalıdır. Ev heyvanlarının sağlamlığı birbaşa ailənin sağlamlığı ilə əlaqəlidir".
Pediatr qeyd edib ki, ev heyvanlarının peyvəndlərinin vaxtında vurulması, parazit müalicələri müntəzəm aparılması çox vacibdir:
"Çünki parazitlər bəzi hallarda uşaqlara keçərək bağırsaq problemləri və allergik reaksiyalar yarada bilər. Əgər evdə pişik və ailədə hamilə qadın varsa, toksoplazmoz riski səbəbilə pişik qumunun təmizlənməsi zamanı xüsusi diqqət lazımdır. Mümkünsə bunu başqa ailə üzvü etməlidir".
G.İlyasova bildirib ki, ev heyvanı saxlamaq uşaqlar üçün təhlükəli deyil, əksinə düzgün gigiyena ilə birlikdə faydalı ola bilər:
"Əsas məsələ müntəzəm təmizlik, düzgün əl gigiyenası, heyvanın sağlamlığına nəzarətidır". 
Müəllif: Mina Mikayılova (müxbir)

Xəbərlər     Baxılıb: 1027   Tarix: 24 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərini

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

turlar.az

toy gecesi geyim necə seçməli reseptler xalq təbabəti ailə psixoloqiyası morugun faydasi vətən bayatıları kosmetika qiz evi novruza aid hakista atalar sözü vətənə aid bayatılar hamilelik