Ev şəraitində pendir hazırlamağın 7 üsulu

Ev şəraitində pendir hazırlamağın 7 üsuluEv şəraitində müxtəlif növ pendir hazırlamaq mümkündür. Sizlərə ən dadlı pendir reseptlərini təqdim edirik.
1. Sarıköklü ev pendiri
* 3,25% yağlılığı olan süd - 1 litr
* 3,2% yağlılığı olan kefir - 1 litr
* yumurta - 3 ədəd
* əlavə etmək istdiyiniz göyərti və ya çiçək
* sarıkök - 2 çay qaşığı
* sarımsaq - 3 diş
* duz
Süd və kefir qazana tökülür və zəif odun üstünə qoyulur, qarışdırılır. Yumurta duzla birlikdə yaxşı çalınır və qaynar qazana tökülür və dayanmadan qarışdırılır. Sonda sarıkök, sarımsaq və çiçək əlavə edilir, odun istiliyi azalır və qarışdırılır. 15-20 dəqiqə sonra qaynamamış qazan odun üstündən götürülür. Pambıq parça və ya bir-neçə qatdan ibarət tənzif dərin qaba qoyulur. Parça elə yerləşdirilməlidir ki, dərin qabın kənarlarından çıxmış olsun. Qarışım parçaya tökülür və bərk sıxılaraq düyünlənir. Parça hündür qabın arxa tərəfinə qoyulur və üstünə ağır əşya qoyulur.
2. Sərt ev pendiri  
* süd - 2 litr
* yumurta - 6 ədəd
* smetan - 400 qram
* kefir - 200 qram
Südə duz, smetan və yaxşı çlınmış yumurta əlavə edilir. Qarışdırılaraq kefir də qatıldıqdan sonra zəif odun üstünə qoyulur və durmadan qarışdırılır, amma, qaynanmasına yol verilmir. Bu müddətdə süd çürüyür. Bu zaman kefir əlavə edilib qazan odun üstündən götürülür. Sonra yuxarıdakı qaydada parçaya tökülür və üstünə ağır əşya qoyulur.
3. Şüyüdlü ev pendiri
* süd - 2 litr
* süd çürüyü - 500 qram
* yumurta - 4 ədəd
* qırnızı şirin istiot
* şüyüd
Süd bişirilməmiş otaq temperaturunda 2-3 gün saxlanılır. Bu zaman süd çürüyür və çürümüş süd sıxılır və suyu atılır.
1.5 litr süd odun üstünə qoyulur və 40*-ə qızdırılır. Sonra ona süd çürüyü, yumurta, əlavə edilib zəif odun üstündə qarışdırılaraq qaynanması gözləniılir. Qarışdıran zaman eyni tərkibli maddənin alınmasına çalışmaq lazımdır. Şüyüd, duz və qırmızı bibər xırda doğranaraq əlavə edilir. Bu zaman qarışımın rəngi dəyişilir. Rəngin dəyişilməsi 7-10 dəqiqə vaxt alır.Sonra qarışım parçaya tökülür və üstünə ağır əşya qoyulur. Pendirin formalı olmasını istəsəniz parçanı formalı qabın içərisinə qoya bilərsiniz.
4. Ətirli ev pendiri
* kefir - 1 litr
* süd - 1 litr
* yumurta - 6 ədəd
* duz - 4 çay qaşığı
* 1/3 çay qaşığı qırmızı istiot
* sarımsaq - 1 diş
* şüyüd
Süd və kefir şirli qaba tökülür və odun üstünə qoyulur, qaynamasına icazə verilmir. Qazanı qarışdıra-qarışdıra çalınmış yumurtalar qazandakıların üstünə əlavə edilir. Xırda doğranmış şüyüd və əzilmiş sarımsaq da qazana əlavə edilərək qarışdırılır və qaynamaq istədikdə odun üstündən götürülür. Qarışım parçaya tökülür və üstünə ağır əşya qoyulur.
5. Sadə ev pendiri
* süd - 1 litr
* smetan - 400 qram
* duz - 1 xörək qaşığı
* yumurta - 4 ədəd
Südə duz qatılıb qaynadılır, smetan və yumurta əlavə edilir. Qanadıqca süd qatılaşır, Sonra qarışım parçaya tökülür və üstünə ağır əşya qoyulur.
6. Evdə hazırlanmış motsarella
* süd - 1 litr
* qatıq - 125 qram
* duz - 1,5 çay qaşığı (duzun miqdarı pendirin duzluluğunu bildirir)
* 25%-li uksus esensiyası - 1 xörək qaşığı
Süd qızdırılır qaynamasına yol verilmir. Südə qatıq və uksus da əlavə edilib qarışdırılır odun üstündən götürülür. Qarışdırıldıqca qazandakı qarışım qatılaşır. Qatılaşdıqda qarışım pambıq parçaya tökülür və üstünə ağır əşya qoyulur.
7. Ev şəraitində kəsmikdən hazırlanan pendir
* kəsmik - 500 qram
* kərə yağ - 100 qram
* yumurta - 1 ədəd
* duz - ½ çay qaşığı
* soda - ½ çay qaşığı
Kəsmik, yumurta, kərə yağı, soda və duz blenderdə eyni tərkibli maddə halına düşənə qədər qarışdırılır. Qarışım su vannasına qaynayana qədər bişirilir. Qarışımı tökəcək formalı qab yağlanır və qarışım oraya tökülür. Qarışım soyuq mühitdə 8-10 saat saxlanılır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1321   Tarix: 17 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

yaz geyimleri 2026 yay geyimləri 2026 sade makiyaj sekilleri azad qadin moda xəbərləri testlər ehtiraslı şəkillər kosmetika veten haqqinda atalar sozu sekis bedii edebiyyat video novruz bayramina aid hakistalar