Evdə güclü antibiotik hazırla – İnfeksiyaların qənimi
Orta əsrlərdə hələ anbiotik olmayan dövrdə Avropada epidemiya vaxtı bu resept düşünülmüşdü. Virus, bakteriya və göbələkləri məhv edən bu eliksir qan və limfa sistemini təmizləyir. Öz dövründə minlərlə insanı ölümdən qurtaran bu dərman müasir insanlar üçün də lazımlıdır.
Ərzaqlar:
Alma sirkəsi - 500 ml
Sarımsaq - 5 diş
Soğan -1 ədəd
Qırmızı çili bibəri - 2 ədəd
Zəncəfil - 50 qr
Xren - 30 qr
Sarkök - 1 x.q
Hazırlanması: soğan və sarımsaq çox xırda doğranılır. Zəncəfil və xren sürtgəcdən keçirilir. Acı bibərlər bir neçə yerə bölünür. Bütün quru ərzaqlar qarışdırılır. Keramik bankaya yığılıb üzərinə alma sirkəsi əlavə olunur. Qapağı kip bağlanıb, qarışdırılır. Soyuq qaranlıq yerdə 2 həftə saxlanılır. Hər gün bir neçə dəfə çalxalanır. 14 gün sonra tənzifdən süzülüb sıxılır və yenidən bankaya süzülür. Bankanı sərin quru yerdə saxlaya bilərsiz. Qış aylarında 1 xörək qaşığı miqdarında için.
Diqqət: qarışım çox yandırıcıdır, hazırlayanda əlcək taxın. Bir qaşıq içdikdən sonra dərhal ağzınıza bir dilim limon qoyun. Su ilə qatışdırmayın, yoxsa effekti itər. 10-12 gün qəbul edib dayandırın. Xəstələnən zaman da hər gün bir qaşıq qəbul edin.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Məşhur müğənninin qardaşı saxlanıldı
Hadise və Gülşen onu məhkəməyə verir
Tər çox güclü dərman imiş
Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək
50 minə saat almaqdansa, xanımıma zinət əşyası alaram
Elşad Qarayevin vəsiyyəti nədir?
Məşhur aktrisanın QİÇS-dən öldüyü təsdiqləndi
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
Xiyarın möcüzəvi faydaları