" Evlənəndə həyat yoldaşım şərt qoydu ki... " - Cəmilə Tağızadə ilk dəfə ailəsindən danışdı

" Evlənəndə həyat yoldaşım şərt qoydu ki... " - Cəmilə Tağızadə ilk dəfə ailəsindən danışdıTürkiyəli iş adamı ilə ailə quran tanınmış azərbaycanlı aktrisa Cəmilə Tağızadə Bakıya qayıdıb. Belə ki, vətəninə, paytaxta gələn aktrisa xanim.az - ın qonağı olub və əməkdaşlarımızın suallarını cavablandırıb.
Müsahibəni sizə təqdim edirik.

-Nə yaxşı Bakıya gəlmisiniz?

-Ailəm üçün, dostlarım üçün ən əsası Vətənim üçün darıxdım, ona görə də gəldim. Azərbaycandan uzaqda heç vaxt bu qədər müddət çıxmamışdım. Cəmi bircə dəfə İrana 15 günlük getmişdim. Çünki, evin bir uşağı olduğum üçün anam icazə vermirdi. Vətənimin hər qarışına qurban olaram. Ondan ayrı yaşamaq həqiqətən çətindi. Neçə dəfə mağazalarda alış-veriş edəndə görmüşəm ki, satıcılar öz brendimizi pisləyir. Tez xarici malları reklam etməyə başlayırlar. Ətimizi yesək də, gərək sümüyümüzü çölə atmayaq. Mənim getdiyim ailə də eyni azərbaycanlı ailələri kimidir. Heç bir narazılığım yoxdur. Mənə çox yaxşı baxırlar. Göründüyü kimi yeyib-yatmaqdan 7 kilo kökəlmişəm. (Gülür) Qaynanam deyir ki, iki aydır burdasan bir dəfə yemək bişirməmisən.

-Sənəd işləriniz nə yerdədir?

-Sənədlərimi artıq dəyişdirmişəm, həyat yoldaşımın soyadına keçmişəm. Əvvəl Tağızadə idim, indi isə Təmiz soyadını daşıyıram. Film və seriallarda Cəmilə Tağızadə olaraq çəkiləcəm.

-Bundan sonra da, filmlərə çəkilmək fikriniz var?

-Əlbəttə, hazırda Azərbaycandan iki film təklif gəlib. Sponsora görə məsələ müvəqqəti uzanıb. Sponsor dəqiqləşsə, çəkiləcəm.

-Bəs "Cekpot" komediyasına çəkilmişdiz, o nə yerdə qaldı?

-Xanım öz evini satıb həmin filmi yekunlaşdırdı. Hələ ki, qala gecəsi baş tutmayıb. Bu da maddiyyatla bağlıdır. Əgər olsa, iştirak edəcəm. İkinci hissəsi də çəkilməlidir, ona görə də gəlməliyəm.

-Türkiyədə necə, özünüzü tanıtmaq fikriniz varmı?

-Türk dilini çox zəif bilirəm. Onu gücləndirməliyəm öncə. Sonra teatra getmək istəyirəm.

-Həyat yoldaşın razıdırmı?

Biz şərti şumda kəsmişik. Onun iki şərti oldu – bir çərçivədən çıxmamaq geyim barəsində, digəri isə açıq səhnələrə çəkilməməyim olub. Hətta, sual verdi ki, milyon da versələr çəkilməyəcəksən?
Dedim, birinci fikirləşərəm (Gülür) Əlbəttə ki, zarafatdır. Mən nə açıq geyinərəm, nə də açıq səhnələrə çəkilərəm. Pul gəldi gedərdi. Ailə dəyərlidir, ailənin qədrin bilmək lazımdır.

-Ailədə əsasən, nə üstündə söz-söhbətiniz olur?

-Ciddi davalarımız olmayıb. Hər ailədə olduğu kimi, xırda məsələlər üstündə olur. İlk növbədə məqsədim ailəyə öyrəşməkdir. Bu mənim ikinci-üçüncü evliliyim deyilki?! İlk evliliyimdir, öncə ailəm sonra sənət.

- Uşaq var?

Yox hələ ki... Müalicə alıram. Çəkildiyim filmlərdə sağlamlığıma çox ziyan dəydi. Ona görə də müalicələrimi davam edirəm. Allah mənə əkiz övladlar qismət eləsin. Əsas odur sağlam olsun, nə olmağının önəmi yoxdur.

"Ay camaat, onları mən boşatdırmamışam" - Cəmilə Tağızadə gizlinləri açdı - MÜSAHİBƏ

-Yoldaşınızın keçmiş xanımı ilə aranızda dava yenə davam edir?

Yoldaşım düz dörd il bundan qabaq ondan boşanıb. Bəzən belə söyləntilər rastıma çıxır ki, güya onları mən boşatdırmışam. Elə sizin vasitənizlə bəyan edirəm ki, ay camaat, onları mən boşatdırmamışam. Biz evlənməmişdən 4 il öncə boşanıblar. Hətta, deyərdim ki, xanımı hamilə olanda ayrılıb. Üstündən dörd ilə keçəndən sonra məhkəməyə verir. Mən heç kimi boşatdırmamışam. Mənim üzərimdən yəqin, gündəmə gəlmək istəyirmiş . Bircə onu deyə bilərəm ki, Allah onu da xoşbəxt eləsin, başı özünə qarışsın.

-Uşağın xəstə olduğu düzgün məlumat idimi?

- Xeyr, uşaq xəstə deyil, 4 yaşı var. Yoldaşım evinə kimi, uşaq üçün ayırıb qoyub. İstəsəz lap çəkiliş edin, göstərin. O xanım yaxşı xanım olsaydı, məni bu məsələyə qatmazdı. Bəzən deyirlər ki, o Muradı qısqanır, hələ də sevir. Sevən insan sevdiyini incitməz. Mən olsaydım onu xoşbəxtliyi ilə baş-başa buraxardım. O bizim ailədə böyük problem yaratdı. Heç kim bizim ailəmizi dağıda bilməz. Buna heç vaxt icazə vermərəm.

-Qaynananın vəziyyəti ilə bağlı nə deyə bilərsən?

-Qaynanam əməliyyat olundu. Qaymoritdən əməliyyat olundu. Gözündə, boynunda problemlər var. Hamısından əməliyyat olunmalıdır. Stressdən o vəziyyətə düşüb. Həqiqətən də, mənə qaynanalıq etmir, əsl ana kimi davranır.

-Yeni nə layihələriniz var?

-Fikrimdə bir veriliş var. Sponsorlar hə desə alınacaq. Çəkiliş Türkiyədə, yayımı isə Azərbaycanda olacağı nəzərdə tutulub.

-Türkiyədə başına gələn maraqlı hadisələrdən bir az danışasan bəlkə…

-Bizim bəzi sözlərimiz var ki, onlarda tamamilə fərqli mənada işlənir. Bir dəfə şəhərdə evin yolunu tapa bilmirdim. Bir Türk vətəndaşına yaxınlaşdım dedim ki, azmışam. O da türk dilində yaxşı mənada işləmirmiş. O qədər "Nə?" deyərək, sual verdi ki, başa düşdüm ki, nəsə düzgün danışmadım. Sən demə "Kayb olmuşam" deməli idim. (Gülür)

Xəbərlər     Baxılıb: 2041   Tarix: 03 fevral 2018
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

hamilelikde qidalanma qadın geyimi toy makiyaji sekilleri dərmanlar geyim şəkilləri naina ibrahimova sepgilere qarsi maska kosmetika fitat haxışda novruza aid hakisdalar oxu az qardasa aid haxistalar