Evli kişinin hamamda başqa qadınla meyiti tapıldı - AZƏRBAYCANDA + FOTOLAR

Evli kişinin hamamda başqa qadınla meyiti tapıldı - AZƏRBAYCANDA + FOTOLARQusarda iki nəfərin dəm qazından boğularaq ölməsinin bəzi təfərrüatları bəlli olub.

Bədbəxt hadisə Qusarın Hil kəndində qeydə alınıb. Bu gün səhər 09 radələrində Hil kəndində yeni tikilmiş, amma, hələlik yaşayış olmayan evin hamamında evin sahibi, 25 yaşlı Rəşad Mustafayevin və 32 yaşlı Zoya Məhsimova Dünyaməddin qızının meyitləri tapılıb.

Rəşad hələlik hadisə baş verən evə köçmədiyindən 2 uşağı və həyat yoldaşı ilə atasının evində yaşayırdı. Oğlanın Bakıda olan valideynləri oğullarının gecə evə gəlmədiyindən xəbər tutub qonşulardan rayonda tikilən yeni evə baxmalarını xahiş ediblər. Mustafayevlərin təzə evinə gələn qonşu evin hamamında Rəşadın və tanımadığı gənc qadının meyitlərini görərərək dərhal polisə xəbər verib. Mərhumların meyiti hamamın şüşəsi sındırılaraq çıxarılıb.

Zoya Məhsimovanın həyat yoldaşından boşandığı və bir uşaq anası olduğu bildirilir.

Çəkiliş qrupu hadisə yerində olarkən mərhumun qohumları çəkilişə icazə verməsələr də bildiriblər ki, onlar dəm qazından boğulublar.

Rəşad Mustafayevin dayısı Şahin Məmmədrzayevin sözlərinə görə, onlar hadisə haqda səhər saatlarında eşidiblər: "Qazdan olub. Təmiz qaz olsaydı elə ola bilməzdi".

Məlumata görə, Rəşad Mustafayevin atası hamamdakı su qızdırıcının hava çıxan borusuna kağız qoyub ki, içəriyə heç nə girməsin. Onların elə bu səbəbdən hamamda dəm qazından boğulduqları ehtimal edilir. Hadisə yerində olan Qusar qaz istismarı sahəsinin rəisi Azər Abbasov bütün bunların araşdırma başa çatandan sonra aydın olacağını deyib.

Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyinin Qusar şöbəsinə aparılıb. Qusar prokurorluğu 2 nəfərin ölüm faktının araşdırılmasına başlayıb./anspress/

Evli kişinin hamamda başqa qadınla meyiti tapıldı - AZƏRBAYCANDA + FOTOLAREvli kişinin hamamda başqa qadınla meyiti tapıldı - AZƏRBAYCANDA + FOTOLAR

Xəbərlər     Baxılıb: 2779   Tarix: 12 fevral 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA

Diş həkiminə müraciət zamanı müəyyən edilən diş əti problemləri insanın gələcəkdə 2-ci tip diabetə tutulma riski barədə də məlumat verə bilər. xəbər verir ki, "The Lancet Public Health" jurnalında dərc olunan v

.

Nanə yağı təzyiqi aşağı sala bilər

Yeni araşdırma nanə yağının yüngül yüksək qan təzyiqi olan insanlarda təzyiq göstəricilərinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Tədqiqatda iştirak edən şəxslər

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

.

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

Diyetoloq Loren Manaker bir həftə ərzində hər gün brokkoli yemək qərarına gəlib və təcrübənin nəticələri onu təəccübləndirib. -a istinadən xəbər verir ki, o, "Prevention" nəşrinə müsahibəsində bu tərəvəzin rasion

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət

Yuxu problemləri insult riskini 16% artırır. xəbər verir ki, nevroloq Aleksandra Alekhina beş və ya daha çox yuxu pozğunluğu simptomundan əziyyət çəkən insanlarda insult riskinin ikiqat artdığını deyib. İnsult ciddi və həyat

.

Maşında ürəkbulanma niyə yaranır? - Səbəb

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkə

.

Qarpızı çox yeməyin fəsadları

Yay aylarında süfrələrdən əskik olmayan qarpız yüksək su tərkibinə görə isti havalarda ən çox seçilən meyvələrdəndir. Lakin mütəxəssislər qarpızın da ölçülü şəkildə istehlak edilməsinin vacib olduğunu bildirirlər. xəbər veri

turlar.az

gozel gorunmek geyim dəbləri yaz geyimleri 2026 ayaq dirnaqlarina qulluq dirnaq pilkalamaq hind filmleri kişi xəyanət kosmetika atalar sozu vetene aid atalar sozu dovsan novruz bayramına aid hakıştalar arxadan olmag