Evliliyinin altıncı ayında şəhid olan pilot - Əbu Bəkirin ÜRƏKDAĞLAYAN həyat hekayəsi

Evliliyinin altıncı ayında şəhid olan pilot - Əbu Bəkirin ÜRƏKDAĞLAYAN həyat hekayəsiƏbu Bəkir İsmayılov 1990-cı ilin 10 fevral günündə Kürdəmir şəhərində anadan olub. Ailədə iki övladdan biri olan Əbu Bəkir ilk övlad olduğu üçün hamının sevimlisi olur. 1996- ci ildə 1-ci sinifə gedən Əbu Bəkir elə uşaq vaxtlarından hərbiyə marağı ilə seçilir. Uşaqlıqdan yaranan bu maraq Əbu Bəkiri ilk addımlar atmağa vadar etdi. 2005-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olan gənc Əbu Bəkir bununla da uşaqlıq arzusunun ilk pilləsinə çatır. 2008-ci ildə həmin liseyi bitirir. Daha sonra o, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olur. Ali Hərbi təyyarəçilik məktəbini bitirdikdən sonra hərbi hissələrin birində xidmətə başlayır. 

Gənc baş leytenant ailə həyatı qurmaq üçün özünə bir qız da seçir. 2015-ci ilin avqustunda gənc pilot ailə həyatı qurur. Amma təəssüflər olsun ki, bu gün Əbu Bəkrin nişanəsi olacaq bir övladı yoxdur. 

Qəhrəman pilotun səmada son uçusu...

Baş leytenant Əbu Bəkir İsmayılov da digər şəhidlərimiz kimi apreldə adlarını qızıl hərflərlə tarixə yazdıran igidlərdən oldu. Düşmənin torpaqlarımıza hücumu zamanı o da qisas hissi ilə ön cəbhəyə can atanlardan idi. Axı, qisas almaq onun kursant illərindən ən böyük arzusu idi. Səngərlərimizə hücum edən düşmənə layiqli cavab verən qəhrəman pilotumuz mayor Təbriz Musazadə və Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürüldü. Bununla da Əbu Bəkr adı tarixin yaddaşında böyük hərflərlə yazılanlardan oldu. Əbu Bəkir İsmayılov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Əbu Bəkr İsmayılov meyxanaya, şeir yazmağa xüsusu həvəsi də olub. 

Məhəbbət gözlərdən axan yaş deyil
Süzülüb yanaqda quruya sonda
Sevgi dəryasına saldınsa meyl
Çıxmağı düşünmə quruya sonda. 

Çıxma ki quruyar dəryanın özü 
Sevgidən nə əsər əlamət qalar 
Acı göz yaşına qərq edər bizi
Yerində acı bir həqiqət qalar. 

Sevgi! Bu sözün altında dünyalar qədər 
Arzular,istəklər,ümüdlər yatır 
Əlimiz heç nəyə çatmasa əgər, 
Bu saf məhəbbətə,sevgiyə çatır 

Simsiz tar kimidir sevgisiz həyat
Birində səs yoxdur birində məna
İnsanı sevərək yaradıb Allah 
Sevilib yaranıb bu qoca dünya.

Müəllifi Əbu Bəkir İsmayılov olan bu şeirdə o məhəbbəti öz sözləri ilə açmağa çalışıb.

Qəhrəman pilotumuz haqqında onun hərbi məktbədə müəlliməsi olan Flora müəllimə böyük fərəhlə danışır. Flora müəllimə Əbu Bəkirlə bağlı bir hadisədə bu günə kimi özünü bağışlaya bilmir.

"Əbu Bəkir mərd, məsuliyyətli, vətənini, xalqını sevən bir kursantım olub. Özü də çox məsuliyyətli oğlan idi. Bir gün kimya dərsi zamanı sinfə daxil olan kimi Əbu Bəkr ayağa qalxıb dedi : "Ürəyimə Qarabağ haqqında duyğular gəlib onu şeir formasında olarmı deyim?" Mən əvvəl meyxana formasında olduğu üçün etiraz etdim.Lakin o əl çəkmədi. Dedi: "müəllimə, şeiri deməsəm ürəyim partlayar." Axır ki, razı oldum. Çünki kimya dərsi idi. 4 bənddən ibarət bir şeir meyxana formasında məni çox kövrəltdi.Özümü saxlaya bilməyib, ağladım. Əbu Bəkrin o vaxt hələ 16 yaşı vardı.

Mən ona dedim ki, sənin ürəyində Qarabağ alovlanır. Cavabında dedi: "Müəllimə, Qarabağ yanır ürəklərdə onun söndürən biz olmalıyıq."

Martın 31-i axşam mənə yazdı ki, " müəllimə, sizi elə istərdim görəm. Gəldim tapa bilmədim. Deyəsən, həmin gün dərsdə deyildiniz. Sizə deyiləsi sözüm var idi. " Həqiqətən mənim o gün dərsim yox idi. Çox təəssüflənirəm ki, sevimli kursantımı son dəfə görə bilmədim. Yəqin deyəcəkdi qisas vaxtı çatıb.
Mənə çox ağırdı onun haqda danışmaq. Anası kimi hər dərdini mənimlə bölüşürdü. "Mənim ikinci anamsız" deyirdi. Bu gün də Əbu Bəkir mənim üçün yaşayır. 

Flora müəllimə sevimli kursantının şəhid olduğu günü belə xatırlayır:

"Aprelin 2-i günü mənə mesaj gəldi. Açdım, telefonu baxdım ki, Əbu Bəkirin şəkli vertolyotun üzərinə vurulmuşdu. İlk anda nə baş verdiyini anlamadım. Şoka düşdüm. Sonra yadımda heç nə qalmayıb. O günü xatırlamaq istəmirəm. Əbu Bəkir mənim xatirəmdə kursant illərimin sevimlisi kimi qalıb və qalacaq da. Şəhidlər ölmür..." Yekunxeber.az

Xəbərlər     Baxılıb: 3065   Tarix: 23 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

kosmetoloq makiyaj instagram yemek reseptleri otaq dizaynları intim seks haxışta sözləri nar bilerziyi salati kosmetika oğlaq seksual ağır itki pomidor oyunlar