Eyni ayaqqabını hər gün geyinməyin - Mikrobioloqdan xəbərdarlıq

Eyni ayaqqabını hər gün geyinməyin - Mikrobioloqdan xəbərdarlıqMikrobioloq ayaq qoxusundan qurtulmağın yollarını açıqlayıb.
Milli.Az xəbər verir ki, mikrobioloq Primroz Friston ayaqlardan gələn xoşagəlməz qoxunun səbəblərini və ondan xilas olma üsullarını açıqlayıb. Mütəxəssisin tövsiyələri Independent nəşrində dərc olunub.
Friston bildirib ki, insan ayaqlarında minlərlə müxtəlif bakteriya və göbələk növü yaşayır. Onların böyük hissəsi barmaqların arasında toplanır, çünki bu nahiyə isti və rütubətli olur. Mikroorqanizmlər tər və ölü dəri hüceyrələrindəki maddələrlə qidalanır, onların həyat fəaliyyəti nəticəsində yaranan maddələr isə xoşagəlməz qoxuya səbəb olur.
Mikrobioloqun sözlərinə görə, ayaq qoxusundan qurtulmaq üçün corablar hər geyinmədən sonra yuyulmalıdır. Çünki gün ərzində corabların üzərində milyonlarla bakteriya toplanır və bu mikroorqanizmlər aylarla sağ qala bilir. Bakteriyalar ayaqqabıya da keçdiyi üçün eyni cüt ayaqqabını hər gün geyinmək tövsiyə edilmir.
Friston vurğulayıb ki, corablar ən azı 60 dərəcə temperaturda, mütləq yuyucu vasitə əlavə edilməklə yuyulmalıdır. Əgər yüksək temperaturda yuma mümkün deyilsə, corabların 180-220 dərəcə temperaturda qızdırılmış ütü ilə ütülənməsi məsləhət görülür.
Bundan əlavə, mütəxəssis ayaqlarda tərləməni artıran sintetik materiallardan uzaq durmağı, pambıq, yun və ya bambuk kimi təbii parçalara üstünlük verməyi tövsiyə edib. Onun sözlərinə görə, ayaqların gündə 2 dəfə, 30-40 dərəcə temperaturda yuyulması da qoxunun azalmasına kömək edir.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1037   Tarix: 16 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

aksessuarlar qadin dunyasi qadin sayti menstruasiya xiyar tursusu səfər duası makaronlar kosmetika lakonizim xərçəng bürcü intim xlor lekesi bayraq