Eyni suyun fərqli dadı: "təmiz su" fırıldaqlığı - SƏDR DANIŞDI

Eyni suyun fərqli dadı: Son günlərdə havaların isinməsi ilə daha çox su istehlak edirik. Azərbaycanda satılan suların bir çoxunda isə müəyyən dad hiss olunur. Söhbət marketlərdə satılan sulardan gedir. Satılan adi, içməli sudur, amma markalar fərqli olduğu kimi dadları da fərqlidir. Hazırda marketlərdə qazsız içməli sular istehlakçılara müxtəlif qiymətlərə təklif olunur. Beş litrlik qablarda satılan suların qiyməti 1 manat 30 qəpiklə 9-10 manat arasında dəyişir. Hər şirkət öz məhsulunu müxtəlif qiymətə bazara çıxarır. Marketlərdə apardığımız müşahidələr və araşdırmalardan sonra bəlli oldu ki, bahalı sular (Müalicəvi əhəmiyyətli sular nəzərə tutulmur. Söhbət gündəlik istifadə olunan içməli sulardan gedir.) əsasən xarici ölkələrin məhsullarıdır. Belə ki, müxtəlif ölkələrdən gətirilən qazsız içməli suların Bakıya gəlib çatma xərcləri nəzərə alınaraq qiymətlər müəyyənləşdirilir.
Maraqlıdır, bəs bu sular insan sağlamlığı üçün nə dərəcədə faydalıdır?
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, bu barədə dəfələrlə ictimai nəzarət platformaları, qruplar yaradılıb. 
Onun sözlərinə görə, bu qurumların demək olar ki, heç birinin işi üzdə deyil:
"Su təbiətin möcüzəsidir və suyu analiz etmək üçün onun 300-ə qədər parametrləri araşdırılmalıdır. Şübhəsiz ki, Azərbaycanda da faydalı olan və ya olmayan sular var və araşdırılmalıdır. Lakin laboratoriyalar bu suların tərkibini araşdırmaq əvəzinə partizan kimi susur. Bu, son dərəcə mürəkkəb məsələdir. Su H2O, yəni 2 hidrogen və 1 oksigendir. Bəs necə olur ki, adi içməli su litri 60 qəpiyə də, 10 manata da satılır? Bunun araşdırılması qaranlıq məsələ olaraq qalır. Düşünürəm ki, ölkədə istehlakçı hüquqları üzrə işlər aparılmalı və bir çox malların tərkibi araşdırılmalıdır. Heç kəs bilə bilməz ki, kimə hansı növ su daha faydalıdır. Ona görə də suyu qarışıq içmək lazımdır. Yəni bəzən bulaq suyu, bəzən qablaşdırılmış sulardan içmək lazımdır". 
Qeyd edək ki, bu gün su ilə bağlı daha bir narahatçılıq verən xəbər yayıldı. Belə ki, "Nestle" kimi məşhur şirkət çoxmilyardlıq fırıldaqçılıqda ittiham edilib.
Fransanın müstəqil araşdırma platforması "Mediapart" "Nestle"nin çirklənmiş suyu "təbii mineral su" kimi satdığını iddia edib. Məlumata görə, şirkət suyu qadağan olunmuş üsullarla süzür və sonra onu emal edir: 
"Son 15 ildə fırıldaqçılıq 3 milyard avro təşkil edib. "Foodwatch" istehlakçı təşkilatı Fransa hakimiyyətini günahkarları məsuliyyətə cəlb etməyə çağırır". 
Dünyaca məşhur firma haqqında bu cür xəbərlər çıxandan sonra, hesab edirik ki, əlinizi suya uzadan zaman iki dəfə düşünün... 
Milli.Az

Xəbərlər     Baxılıb: 1486   Tarix: 22 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

sac duzumleri qaşların formalari sade makiyaj sekilleri qəbizlik böyrək problemi ləkə üçün maskalar ana südü artırmaq kosmetika ikizler balıq tapmaca bakire qadin.az