Əzələ ağrılarından qurtulmağın yolları

Əzələ ağrılarından qurtulmağın yollarıXüsusilə ayaq, bel-kürək bölgəsində müşahidə edilən əzələ ağrıları gündəlik həyatı çətinləşdirir və hərəkəti məhdudlaşdırır. Lakin ev şəraitində də əzələ ağrılarına və iltihaba yaxşı təsir edən təbii müalicə üsulları var.
Milli.Az medicina.az-a istinadən həmin üsulları təqdim edir.
Buz torbası qoyun
Təsirlənən əzələ bölgəsinə buz torbası qoyun. Bu üsul ağrı və iltihabı azaltmağa kömək olacaq. Buzun verdiyi soyuqluq qan hüceyrələrinə təzyiq edərək, bölgənin qan axımını zəiflədir. Buz parçalarını nazik dəsmalın arasına qoyun. 5 dəqiqə təsirlənən bölgənin üzərində saxlayın. Bu müalicəni ilk 24 saat hər saat başı təkrar edin. Buz parçaları ilə yanaşı, dondurulmuş tərəvəzlər də işə yarayar.
İsti suda saxlayın
Əzələdəki ilk ağrıdan 24 saat keçdikdən sonra isti su ilə müalicə sizi rahatladacaq. İsti su ağrını azaldaraq qan dövranını artırır və yaxşılaşma müddətini sürətləndirir. Bunun üçün bir qabı isti suyla doldurun və bir stəkan iri duzu suya əlavə edib qarışdırın. Bu duz növündəki maqnezium əzələlərin rahatlamasını təmin edəcək. Bədəninizdə ağrıyan bölgəni ən az 20 dəqiqə bu suda saxlayın. İki gündən bir təkrarlayın.
Gilənar yeyin
Aparılan araşdırmalardan biri sübut edib ki, gilənar bir çox antioksidant və iltihabın qarşısını alan birləşmələr ehtiva edir. Bu da əzələ ağrılarını azaldır və  iltihablanmağa imkan vermir. Əzələ ağrılarından qorunmaq üçün hər dəfə məşqdən sonra yarım stəkan gilənar yeyin. Şəkərsiz gilənar suyu da içə bilərsiniz.
Zərdəçal yeyin
Zərdəçal (sarıkök) həm yaxşı ağrıkəsici, həm də iltihabın qarşısını alan güclü bir bitkidir. 1 stəkan südlə 1 çay qaşığı zərdəçal tozunu qarışdırın. Zəif odda isidin və gündə iki dəfə yavaş-yavaş için. Bərabər miqdarda rəndələnmiş limon və zərdəçalı duzla qarışdıraraq sıyıq hazırlayın. Ağrıyan əzələlərə tətbiq edin. 30 dəqiqəyə qədər saxladıqdan sonra ilıq su ilə durulayın. Ağrı gedənə qədər bu müalicəni gündə iki dəfə edin.
Zəncəfil çayı için
Zəncəfil iltihabın qarşısını alan təbii bitkidir. Qan axımını və dövranını nizamlayır. 2010-cu ildə aparılan araşdırmalardan biri sübut edib ki, hər gün çiy və ya emal edilmiş zəncəfil qəbul etmək əzələ ağrılarını azaltmağa kömək olur. Bunun üçün gündəlik 3 stəkan zəncəfil çayı içə bilərsiniz. Zəncəfil kökündən kiçik bir parça kəsin və iki stəkan suda 10 dəqiqə qaynadın. Süzdükdən sonra bir az bal əlavə edin.
Alma sirkəli suda saxlayın
Alma sirkəsi əzələ ağrıları üçün möcüzəvi bir müalicə üsuludur. İltihab və ağrının qarşısını alır. İlıq suya iki stəkan alma sirkəsi əlavə edin. Ağrıyan bölgəni 15-20 dəqiqə bu suda saxlayın. Tamamilə yaxşılaşana qədər bir neçə gün tətbiq edin. Digər variant da var. Bir stəkan suya 1 qaşıq alma sirkəsi və bir az bal əlavə edin. Bir həftə boyu hər gün için.
Qırmızı bibər istifadə edin
Qırmızı bibərin ağrıkəsici və iltihab əleyhinə xüsusiyyəti var. Eyni zamanda əzələ ağrısı və sərtliyini azaldır. 2 yemək qaşığı zeytun yağı ilə 1 qaşıq qırmızı bibəri qarışdırın. Bu qarışığı ağrıyan bölgəyə tətbiq etdikdən sonra sarıyın və gecə boyu saxlayın. 2 və ya 3 gün bunu təkrarlayın. Digər üsul da mövcuddur. Yarım stəkan Hindistan qozu yağı ilə 5 çay qaşığı qırmızı bibəri qarışdırıb isidin. 24 saat saxladıqdan sonra yağı süzün və qalan hissəni bir qabda saxlayın. Bu qarışımı ağrıyan bölgəyə gündə 2-3 dəfə masaj edərək çəkin. Yaxşılaşmağı sürətləndirmək üçün yeməklərinizə qırmızı bibər əlavə edə bilərsiniz.
Xardal yağı ilə masaj edin
Xardal yağı qan axımını artırır və əzələləri genişləndirir. Eyni zamanda ağrını azaltdığı kimi yaxşılaşma müddətinə də kömək olar. 10 diş sarımsaq doğrayın. Sarımsaqları 4 qaşıq xardal yağında qəhvə rəngi alana qədər isidin. Soyumasını gözləyin və süzün. Qarışımla təsirlənən bölgəni masaj edin. Bir neçə gün ərzində bu müalicəni təkrarlayın.
Banan yeyin
Banan onurğa və əzələ ağrıları üçün yaxşı müalicə üsuludur. Kalium baxımından zəngin meyvədir. Kalium çatışmazlığı əzələ zəifliyi, yorğunluq və qıc olmaya səbəb olur.  Ağrılı əzələləri müalicə etmək üçün hər gün banan yeyin. İstəsəniz, bananı mikserdən keçirərək sıyığını içə bilərsiniz. Hər iki üsul bədəninizə kalium və kalsium qazandıracaq.
Ağrıkəsici istifadə etmək əvəzinə yuxarıda sadaladığımız müalicələri tətbiq edə bilərsiniz. Əgər əzələ ağrılarınız uzun müddət davam edərsə, həkimə müraciət edin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1587   Tarix: 14 noyabr 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

aksessuarlar adlarin menasi reseptler ureyin isemik xestelikleri hamilə qala bilmək əlibala hacızadə hamilə qadın kosmetika qurd xəstəliklərinə qarşı mualicə uşaq şeirləri cinsi əlaqə sevda qiz evi ucun