Əzələlər üçün vacib olan kalium ehtiyacını hansı qidalarla ödəmək olar? - Osman Müftüoğludan tövsiyələr

Əzələlər üçün vacib olan kalium ehtiyacını hansı qidalarla ödəmək olar? - Osman Müftüoğludan tövsiyələrSağlam bədənə sahib olmaq üçün adekvat vitamin-mineral balansını saxlamaq lazımdır. Məsələn, bədənin ehtiyac duyduğu kalium, ilk növbədə, bədənin əzələ quruluşu ilə əlaqəlidir. Prof. Dr. Osman Müftüoğlu bu mineralın əzələlərin düzgün işləməsini təmin etdiyini vurğulayıb.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, o, bədənin kalium ehtiyacını təbii şəkildə ödəməyin yollarını izah edib.
"Kalium xüsusilə skelet və ürək əzələlərinin fəaliyyətində təsirlidir. Hipertoniya və ürək-damar xəstəliklərinin qarşısını almaq üçün tərkibində kalium mineralı olan qidalar istehlak edilməlidir", - deyə professor qeyd edib.
Onun sözlərinə görə, bunun üçün istehlak edilməli olan kaliumla ən zəngin qidalar bunlardır:
Banan
Ən çox kalium ehtiva edən qidalardan biri kimi tanınır. 1 orta ölçülü bananda təxminən 422 mq kalium var. Başqa sözlə, gündəlik kalium ehtiyacınızın 9%-nə uyğundur. Qəlyanaltılarda banan istehlak edə bilərsiniz.
Avokado
Son dövrlərdə daha geniş istehlak edilir. Onu səhər yeməyində və salatlarda daha çox istifadə edirlər. Tərkibindəki kaliumun miqdarı 487 mq-dır. Avokado istehlak etməklə orqanizminizi sağlam yağlar, vitaminlər və kalium mineralı ilə təmin edə bilərsiniz.
Sitrus meyvələri
Effektiv kalium qaynağı olan sitrus meyvələri su və mineral balansının qorunmasında təsirlidir. Orqanizmdə mineral balansını və maye tənzimlənməsini təmin edir. Bədəndə natriumun azaldılması və duz səviyyəsinin tarazlaşdırılması üçün əla vasitədir. Əzələ sıxılmalarının qarşısını almaq üçün sitrus meyvələri istehlak edə bilərsiniz.
Kartof
Dünyanın bir çox mətbəxinin əvəzolunmaz ləzzəti olan kartof faydalı karbohidrat mənbəyidir. Kaliumla çox zəngin olan kartof düzgün bişirmə texnikasından istifadə edilərək hazırlanmalıdır. Kartofun faydalarından yararlanmaq üçün onu suda qaynada və ya sobada bişirə bilərsiniz.
Pomidor
Qan təzyiqini tarazlaşdırmaq və ürək sağlamlığını qorumaq üçün hər gün pomidor yeyin. Pomidorun müntəzəm istehlakının infarkt riskini azaltdığı bildirilir. Pomidor həm də qan təzyiqini balanslaşdırır, natrium konsentrasiyasını tarazlamağa kömək edir.
Ərik
Kaliumla zəngin olan meyvələrdən biridir. Maddələr mübadiləsinin gücləndirilməsində, orqan və toxumaların daha sürətli bərpasında təsirli rol oynayır. Bundan əlavə, quru ərik zülal sintezi üçün də faydalıdır.
Şaftalı
Yüksək qan təzyiqi, sinir sistemi pozğunluqları və əzələ zəifliyinin qarşısını alır. Bundan əlavə, şaftalı hamiləlik dövrünü dəstəkləyən faydalı bir meyvədir. Ürək sağlamlığını qorumaq üçün şaftalı istehlak edin.
Kərəviz
Zərərli maddələrin bədəndən asanlıqla çıxarılmasını təmin edən kərəviz təmizləyici təsir göstərir. Zob və revmatizm hallarında bədən sidik turşusu kimi tullantı məhsulları parçalamaqda çətinlik çəkir. Lakin kərəvizin tərkibindəki kalium bu prosesi dəstəkləyir və sidik turşusunun orqanizmə zərər verməsinin qarşısını alır.
Ət
Əzələ inkişafını təmin edən kalium ümumiyyətlə bütün növ ət, süd və süd məhsulları, balıqlarda yüksək miqdarda olur. Ancaq bu zülal mənbəyi qidaları tək başına istehlak etmək kalium əldə etmək baxımından doğru addım olmaya bilər. Əti tərəvəzlərlə birgə yemək daha faydalıdır.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1908   Tarix: 14 may 2024
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

adlarin menasi geyim və ayaqqabılar geyim necə seçməli boy uzadan nermin ibrahimova kakao ulduzlar kosmetika azerbaycanli is adami amerikada gullelendi vətənə aid bayatılar xerçeng nizami gəncəvi 8 mart