Facebookda tanış olduqları kişilərin başına belə oyun açdılar: İntim xidmət adı ilə...- Azərbaycanda

Facebookda tanış olduqları kişilərin başına belə oyun açdılar: İntim xidmət adı ilə...- AzərbaycandaSosial şəbəkələr vasitəsi ilə gəncləri tora salanlar yenidən məhkəmə qarşısına çıxarılacaq.

6 nəfərdən ibarət dəstə üzvləri 1-ci instansiya məhkəməsinin hökmündən narazı qaldıqlarına görə, apellyasiya şikayəti veriblər. Həmçinin dövlət ittihamçısı dəstə üzvü olan yetkinlik yaşına çatmayan A.Musayeva ilə bağlı cəzadan narazı qaldığına görə, apellyasiya protesti verib.

Xatırladaq ki, vətəndaşların müraciətlərindən sonra 2016-cı ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəində cinayət məcəlləsinin 180.3.1, 181.3.1 və 182.3.1-ci maddələri ilə cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayıl Beydullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Rahim Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elnur Balakişiyev, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü Asiman Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini Arifə Musayeva tutulub.

İttihama görə, onlar əvvəlcədən dəstəyə üzv etdikləri qızlar vasitəsilə "Facebook" və "Odnoklassnik" sosial şəbəkələrində intim xidmət göstərmələri barədə elan veriblər. Həmin qızlar zəng vuraraq tora düşən gəncləri müəyyən olunmuş kafeyə dəvət ediblər.

Müştərilər masada əyləşən kimi iki qız onun stoluna yaxınlaşıb, barmen isə sifariş gözləmədən stola içkilər düzüb. Hətta bahalı içki adı ilə təqdim edilənlər də adi meyvə suyu olub.

Sonradan isə qızlar intim xidmət üçün təklif etdikləri pulu müştəridən alaraq otağın təmiz olub-olmadığını yoxlamaq istədiklərini deyərək masadan uzaqlaşıblar. Bu zaman barmen sürpriz hesabı müştəriyə təqdim edib. Yüksək məbləği görən gənclər içmədikləri içkiyə görə pul ödəməkdən imtina etdikdə, qoluzorlu adamlar onları başqa bir qaranlıq otağa salıb, döyərək ciblərindəki pulu alıblar. Bu iş üzrə çoxlu zərərçəkən olsa da, hadisələr bir- birinə oxşar olub.
Digər təqsirləndirilən və 2017-ci il yanvar ayından axtarışda olan Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Gültəkin Əsgərova, "Gülü", "Leyla" adlı qızlar və şəxsiyyəti naməlum olan oğlanlar barəsində cinayət işi ayrıca icraata götürüb.

Ötən ilin noyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində saxlanılan şəxslərə hökm oxunub. Hökmə əsasən, İsmayıl Meybullayev, Rəhim Rəhimov, Asiman Məmmədovun hər biri 10 il 6 ay, Elnur Balakişiyev 10 il 3 ay, Rakif Xəlilov 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Yetkinlik yaşına çatmayan Arifə Musayevaya isə şərti cəza təyin olunub, o, məhkəmə zxalından azdlığa buraxılıb.

Zamində olan E. Balakişiyev məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, təqsirləndirilənlərdən Arifə Musayeva istintaq dövründə ev dustaqlığında olub. Lakin məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə baxışı başlayanda barəsində həbs qətimkan tədbiri seçilib. Yetkinlik yaşına çatmayan A. Musayeva məhkəmə zalında həbs edilib.

mənbə: olke.az
Facebookda tanış olduqları kişilərin başına belə oyun açdılar: İntim xidmət adı ilə...- AzərbaycandaFacebookda tanış olduqları kişilərin başına belə oyun açdılar: İntim xidmət adı ilə...- AzərbaycandaFacebookda tanış olduqları kişilərin başına belə oyun açdılar: İntim xidmət adı ilə...- Azərbaycanda

Xəbərlər     Baxılıb: 1957   Tarix: 13 aprel 2018
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

qadin dunyasi gözəllik məhsulları geyim seçimi praktik məsləhətlər vaginal quruluq makiyaj sirləri maskalar kosmetika naz mila qardasa aid haxistalar cinsi elaqe novruza aid hakisdalar tərəzi