Faciəvi şəkildə ölən meyxanaçı Bayramın qeyri-qanuni OĞLU VAR İMİŞ - ÖZÜ DƏ...

Faciəvi şəkildə ölən meyxanaçı Bayramın qeyri-qanuni OĞLU VAR İMİŞ - ÖZÜ DƏ...Keçən gecə avtomobil qəzasında həlak olan tanınmış meyxanaçı Bayram Kürdəxanılının vaxtıyla Kulis.az-a verdiyi müashibəni təqdim edirik.

"Yeyib içən oğlan yaman olmaz"... Hamı onu bu meyxana ilə tanıdı. Meyxananı bəyənənlər də, bəyənməyənlər də. Bu video Youtibedə 220 min dəfə baxılıb. O da bir xalq qəhrəmanıdır. İnsanlar onu dinləməkdən zövq alırlar. Dediyinə görə, bir gün boş vaxtı olmur. Bütün Azərbaycanı gəzir. Bölgələrə toya aparırlar. Bizimlə müsahibənin vaxtini da 2 həftə əvvəldən müəyyənləşdirmişdik.

Beləliklə, "Xalq qəhrəmanları" projesinin bu dəfəki qonağı meyxanaçı Bayram Kürdəxanlıdır.

- 1962-ci ildə dekabrın 31-i Kürdəxanında doğulmuşam. Mən bu sənətə tez gəlmişəm. Əsgərlikdən qabaq da şeir deyirdim. Sonra da davam etdirdim. Özüm 1982-ci ildən 1985-ci iləcən AzTV-də mikrofon işinə baxırdım. İncəsənət İnstitutuna girmək istəyirdim, nəsə alınmadı. Meyxanaya marağım çox idi. Orta məktəbdə ədəbiyyatı və tarixi yaxşı oxumuşam. Şeiriyyatı yaxşı bilirəm. Amma məndə efir maraqları yoxdur. Mənim üçün əsas maraq – toy şənlikləridir. Xalq məni toylara aparır. Çətinlik görmürəm.

- Televiziyalara niyə marağınız yoxdur?

- Çünki mən bu sənəti şou saymıram. SMS-lə meyxana olmaz. 2005-ci ildə 12 nəfər korifey şairlə ANS-ə çıxdıq. Ondan sonra gördüm ki, televiyada bu sənət hörmətdən düşür, ölüb gedir. Şou hara, meyxana hara? Başqa-başqa yollardır. Adamlar bir-birlərini söyüb sonra görüşüb öpüşürlər. Məndə belə şey olmur.

- Toylara daha çox rayonlara gedirsiniz...

- Camaat istəyir də. Mənim həmişə rayonlarla əlaqələrim yaxşı olub.

- Toyun qiymətini danışırsınız?

- İstədiyim qiyməti alıram. Nə qədər də istəyirlər, meyxana deyirəm.

- Nə qədər alırsınız?

- Baxır toya. Beş yüz, yeddi yüz, min manat alıram. Gedişatdan, toydan asılı olur.

- Haqqınızda ölüm şayiəsi yayılmışdı.

- Bir ara xəstələnmişdim. Onda çıxartmışdılar bu söhbəti. Mənim üçün maraqsız idi. Heç maraqlanmadım kim çıxardıb. Ölüm xəbərimi çıxardan adamın ömründən Allah kəsib mənə verib. Uşaqdırlar yəqin. Ola bilər, kimsə paxıllığından edib bunu. Fikirləşirlər ki, bu canla tank kimi qabağa gedir. Toylarda mən həmişə tank kimi olmuşam.

- Meyxanalarda rusca çox söz işlədirsiniz. Niyə görə? Dili korlamaq deyil bu?

- Mən rusca çox yaxşı bilirəm. Həm də dilimizdə bu sözlərin hamısı işlədilir. Deputat da işlədir, aparıcıdı da, müğənni də. O gün biri çıxıb, deyir, bağışlayın, mən rusca danışacam. Çünki rusdillidir, ona elə rahatdır. Bir nəfər dili dəyişə bilməz. Türkün dili – çeşmədir.

- Sizin üslubunuz fərqlidir. Musiqili meyxana deyirsiniz.

- Allah mənə avaz verib. Mən musiqini bilən adamam. Mənim üçün çətin olmur. İstənilən musiqiçi mənimlə ayaqlaşa bilir.

- Meyxananın çərçivəsindən çıxanda qorxmadınız?

- Qormamışam. Onsuz da meyxananı mahnıya çeviriblər.

- Kimlər?

- Namiq Qaraçuxurlu, Elşən Xəzər, Namiq Məna mahnı oxuyurlar.

- Meyxana deyənlərin sayı həddindən çoxdur indi. Səbəb nədir ki, hamı meyxanaçı olmaq istəyir?

- Sovetin vaxtı pis baxırdılar. İndi müstəqillikdi, hamı meyxanaçı olub.

- Axı niyə?

- Çünki burda yaxşı pul var. Məsələn, uşaqdı, harasa düşür, bir meyxana deyir. Yüz manat alır. Amma atası ayda yüz manat qazanır. Bunu görən adam meyxananın dalınca qaçır. Bir də əvvəllər meyxana çox da məşhur deyildi. Video, telefon, internet çıxandan sonra çox yayıldı. Əvvəl deyirdilər ki, bu meyxana deyəndirsə, demək, tüfeylidir, avaradır. Həm də bu Allahın verdiyi istedadır. Bədahətən deyilən şeydir.

- Deyirlər, siz ailə həyatı qurmamısınız?

- Ailəm var. Amma burda deyil. Mən Rusiyada evlənmişəm. Burda mənə maraqlı deyil, ailə qurmaq, ona görə qurmamışam.

- Niyə görə?

- Belə xətrim istəyib.

- Problem bizim qadınlardadır?

- Yox. Mənə maraqlı deyil burda hökmən ailəm olsun. Uşağım, varisim olsun. Ona görə mən sənətimlə məşğulam.

- Avtomobiliniz var?

- Maşın sürməyi sevmirəm. Xoşlayıram kimsə sürsün, mən də yanında oturum. Sürə də bilmirəm.

- Bu qədər pul qazanırsınız. Amma şəhərdə yaşamırsınız.

- Bizim kəndimizdən şəhərə 15 dəqiqəlik yoldur. Şəhərdə də evim var. Kənd xoşuma gəlmir. Dəniz kənarında bağım var. Şəhər maraqsızdı. Maşın maşına, bina binaya söykənib. Orda boğula-boğula yaşamaq nəyə lazımdır ki?

- İctimai-siyasi proseslərlə maraqlanırsınız?

- Yox.

- Qəzet də oxumursunuz?

- Yox. Əvvəl oxuyurdum. "Ədəbiyyat və incəsənət" qəzetini oxuyurdum.

- Meyxanalarınızda ictimai problemlərdən niyə bəhs etmirsiniz?

- Mənim mövzum insanlardır. Həyati problemlərdir. İnsan faciələridir. Həbsxana həyatıdır. Kef aləmidir. Sevgi məhəbbət temalarına da marağım yoxdur. Vaxtı ikən olub. Bunun dövrü keçib indi.

- Diskiniz var?

- Yoxdur. Bir dəfə Namiq Məna ilə iki meyxana demişik. O çıxıbdı.

- Toya gedərkən əvvəldən hazırlaşırsınız yoxsa bədahətən deyirsiniz?

- Hazırlaşmıram. Toya çatan kimi öyrənirəm böyük toydur, ya kiçik. Atasınının, qardaşının adın öyrənirəm. Toylarda ən acığım gələn şey ad çəkib pul yığmaqdır.

- Sizcə, bu meyxananın gələcəyi necə olacaq?

- Bu boyda "sostav"ın əlində pis olmaz. Beş mindən çox meyxana deyən var. Hər şey təzə çıxanda ləzzət edir. Bir vaxt video-kamera çıxmışdı. Deyirdilər, "ala, bir şey var adamı çəkir, sonra göstərir". İndi kiməsə bunu bağışlasan bəyənməz.

- Sizin burda ailəniz olsaydı, oğlunuzun meyxanaçı olmasına razı olardınız? Yoxsa ali təhsilli olmasını istərdiniz?

- Onun qanında varsa meyxanaçı olacaqdı. Özü istəsə olardı. Mən qarışmazdım.

- Təhsil, sizcə, nə qədər önəmlidir?

- Çox önəmlidir. Maariflənmə lazımdır. Uşaqlar nə qədər çox oxusalar, öyrənsələr ümumi millətimizə xeyirdir. Biz sovetlər vaxtı çox geri qalmışıq.

- Bir vaxtlar televiziyalarda meyxana yarışmaları var idi. Bu yarışmaların məqsədi nə idi?

- Məqsəd pul götürmək idi.

- Meyxana üçün zərərli idi bu yarışmalar?

- Ordakılar bir tərəfdən reklam olurdu. Bir tərəfdən də müflis olurdular. Biri maşının, bir evin, biri bağın satıb SMS göndərirdi.

- Şəhər toylarını bəyənirsiniz?

- Səs küy çox olur. Ancaq mən artıq öyrəşmişəm. Gedib meyxanamı deyib qayıdıram.

- Bir toyda neçə meyxana deyirsiniz?

- Bəzən deyişmələr olur. Ancaq sevmirəm deyişməni. Tək repertaurım çoxdu. Bir mövzu tapıram. O mövzu məndə 5 il gedir.

- Ən uğurluları hansılar olub?

- Çox. Elə "Yeyib içən oğlan yaman olmaz"ı götürək. 20 ildi bunu istəyirlər məndən. Çox tələb var bu qafiyəyə.

- "Pramoy" adlı meyxana məşhurdu indi. Bu da sizin ideyanız idi?

- Tacik mahnısı vardı: "Bitdi, bitdi, bitdi"... (Əslində, ərəb əsilli Fransız müğənnisi Xalidin – E.H.) Mən bunu deyirdim. Lap çoxdan demişəm bunu. Uşaqlar bu formatı götürüb sözü dəyişiblər.

- Tələbələriniz var?

- Bu sənətdə öyrənmək deyilən bir şey yoxdur. Allah-Təalanın verdiyi istedaddır.

- İçkiyə münasibətiniz necədir?

- Belə də. Çox xoşlamıram içkini. Çoxu elə bilir mən narkomanam. Narkotiklə nifrət edən adamam.

- Belə fikir var ki, bütün meyxanaçılar narkomandır, nəşəxordur.

- Sovet vaxtından qalma fikirdir. Deyirdilər, meyxanaçılar əyyaş, tüfeyli olur. Nə qədər şairlər var. Çaydan başqa heç nə yoxdur.

- Yaxşı meyxana deməyin narkotiklə bir əlaqəsi yoxdur, demək?

- Yoxdur. Əgər yaxşı meyxana deyəndirsə, yuxudan qalxan kimi deməlidir.

- Dindarsınız?

- Dindar deyiləm. Amma hörmətim var dinə. Dini yaxşı bilirəm.

- Şairlərdən kimləri tanıyırsınız? Kimləri oxumusunuz?

- Nizamini, Füzulini, Nəsimi oxumuşam. Sovet dövrünün şairlərindən Səməd Vurğun, Müşfiqi sevirdim. Xəlil Rza Ulutürkü oxumuşam. Əliağa Vahidi oxumuşam.

- Yazıçılardan kimi oxumusunuz?

- Şekspiri, Molyeri, Cek Londonu oxumuşam.

- Ədəbiyyatın vacibliyi nə qədərdir insan üçün?

- Çox böyükdür. İnsanın dünya görüşünün bir qanadıdır. Ədəbiyyatı bilmək, tarixi bilmək yaxşıdır. Ədəbiyyatı sevmək lazımdır. Mənim sənətimin inkişafında çox böyük rolu olub.

- Toylarda insanların davranışından razı qalırsınız?

- Mənə hörmət edirlər. Gərək kollektivi ələ almağı bacarasan. Min cürə adam var. Keflisi var.

- Olurmu ki, kasıb toylarından az pul alırsınız?

- Elə olur ki, heç pul almıram. Şəhid ailələrinin toylarında olmuşam. Özüm pul salmışam.

- İnternetdə meyxanalarınız yayılır. Bununla maraqlanırsınız?

- Baxmıram. Başım çıxmır heç. Qardaşımın oğlu hərdən gətirib göstərir. Amma deyirəm ki, mənə maraqlı deyil.

- Meyxanalarınızın kasetlərini, disklərini də saxlamırsınız?

- Yox. Saxlamıram. Marağımda deyil.

- Televiziyaya baxırsınız?

- Ancaq futbola baxıram. 8 il futbolla məşğul olmuşam. Bir də "Qulp" verilişinə baxıram.

- Həyat sovet vaxtı daha maraqlıydı, yoxsa indi?

- Əlbəttə, sovet vaxtı. Belə acınacaqlı vəziyyət yox idi. O cür nəhəng diktorlar forma geyinirdilər. İndi soyunub çıxır ora. Bunun nəyi maraqlıdır ki?

- Avopalaşmaq məsələsinə necə baxırsınız?

- Bu bizmi üçün çətindi. Maariflənmə getməlidir.

- Avropalaşma olmalıdır, ya yox?

- İnanmıram. Bizim üçün bu lap çətindir.

- Yəni ki, lazımdır?

- Əlbəttə. Bizim o xalqlardan nəyimiz əskikdir ki? Maşallah, hər şeyimiz var. Adicə siqaret çəkməyi götürək. Metronun ağzından çıxıb siqaret çəkir. Başqalarına ziyan olan yerdə siqaret çəkmək olmaz. Mən Belarusda olmuşam. Orda qadağan olunmuş yerdə siqaretin çəkilməsinin əleyhinəyəm.

- Belə başa düşdüm ki, ictimai yerlərdə siqaretin qadağan olunmasını istəyirsiniz?

- Bəli. Avropalaşmaq elə belə şeylərdən başlayır.

- Avropa standartlarının tətbiq olunmasını istəyirsiniz?

- Bəli.

- Bu standartlar olsa, dəyərlərimiz də avropalaşacaq. Buna da razısınız?

- Bəli. Əgər sən yaxşı olsan, başqaları da səni görüb götürəcək.

- Rusiyada yaşamısınız? Ruslarla aramızdakı fərq nədədir?

- Bizim mədəniyyətimiz onlardan çoxdur. Biz onlardan götürməməliyik. Onlar hər şeyi bizdən götürüblər. Xəbərimiz yoxdur. Bizim Qarabağ problemimiz qoymadı qabağa gedək.

- Başqa hansı problemlərimiz var?

- Görürəm insanların çoxusu dolanışıqdan şikayət edir. Amma baxırsan SMS yarışmalarına 5 min kontur göndərirlər.

- Azərbaycanda heç də hamı meyxananı bəyənmir. Bəziləri hesab edir ki, meyxana aşağı səviyyəli mədəniyyət hadisəsidir.

- Ola bilər ki, pis meyxana deyənə rast gəlib. Bir nəfər bütün sənəti gözdən salır.

- Gənc bəstəkar Firudin Allahverdi "Kulis"ə müsahibəsində deyir ki, meyxanaya, adətən, dünyagörüşü aşağı olan insanlar qulaq asır.

- Namiq Məna 2008-ci ildə muğamçılarla birlikdə Amerikaya getmişdi. Mən kasete baxmışdım. Namiqə dəhşətli dərəcədə çox maraq var idi. Hətta muğamdan daha çox meyxaya maraq var idi.

- Muğam daha maraqlıdır, yoxsa meyxana?

- Mənim özüm üçün muğam. Muğama daha çox qulaq asıram.

- Başqa meyxana deyənlərdən kimi bəyənirsiniz?

- Meyxanaçılardan yox, müğənnilərdən Üzeyir çox xoşuma gəlir.

- Nəyindən?

- Avazından. Özünün yolu var. Oxuduqları hamıya lazımdır. Tutaq ki, sonuncu zəng haqda oxuyur. Sonuncu zəng hər il olur. Hamı üçün kədərlidir.

- Yəni musiqilərini bazara hesablayır?

- Bəli.

- Sizdə də olurmu bu?

- Mən "Noldu sənə"ni oxuyanda özümə qəribə gəlirdi. Bir az yaşıma görə utanırdım. Amma gözlədiyimdən daha maraqlı qarşılandı. Bilirdim "xoda düşəcək", amma bu səviyyədə olacağın bilmirdim.

- Küçədə sizi tanıyanda necə reaksiya verilər?

- Tanıyanlar hamısı baxır. Arvad, uşaq hamı tanıyır rayonlarda. Uşaqlar görəndə deyir "noldu sənə".

- Nə vaxtdan məşhurlaşdınız?

- 90-cı illərdən başladı. Video çoxaldıqca məşhurlaşdım.

- Ən çox nə qədər pul almısınız indiyə kimi?

- Rəhmətlik Elçin Maştağalı vardı. Onunla bir gecəyə adama bir "Jiquli"nin pulun yığmışdıq. Bir toydan. Mən gəldim maşın aldım. O da qumar oynadı. Namiq Məna ilə elə yerə düşmüşük ki, adama 5 min dollar veriblər.

- Yüksək vəzifəli adamların toyunda olmusunuz?

- Olub. Düşmüşük elə toylara.

- Yol polisi saxlayır?

- Tanıyan kimi buraxırlar. Hamısı hörmət edir.

- Necə oldu ki, Rusiyada evləndiniz?

- Mən Orenburqda əsgərlikdə idim. Bir yunan qızı ilə tanış oldum. Əsgərliyi bitirib gələndə dedi ki, siz qara millət gedib qayıtmırsınız. Söz verdim ki, qayıdacam. Sonra Orenburqdan Moskvaya köçdülər. Oxuyurdu orda. Əsgərlikdən sonra gül alveri edirdim. Burdan Rusiyaya qərənfil aparırdıq. Gedib onu təzədən tapdım. Evləndik. Atası hərbçi idi. Vermirdilər. Anası dedi ki, qız istəyirsə, getməlidir. Yoldaşım qəzaya düşdü. Həlak oldu. Oğlum var ondan. Adı Bəhramdır. Sünnət də etdirmişəm onu. Tələbədir. 3-4 dəfə Bakıya da gətirmişəm. Buranı bəyənir. Azərbaycanca da bilir. Dəmir yol insititutunda oxuyur. Deyir, bitirəndən sonra Bakı-Moskva qatarında işləyəcəm ki, Bakıya tez-tez gedib gəlim.

- Həyat yoldaşınız üçün meyxana deyirdiniz?

- Yox. Heç başa düşmürdü nədir bu. Deyirdi ki, bu nədi axı? Toya aparmışdım. Deyirdi, nə oxuyursan ki, bu qədər alqışlayırlar.

- 50 yaşınız olacaq... Yorulmamısınız?

- Yorulmuşam. 50 yaşdan sonra oxumayacam. Dincəlmək istəyirəm.

Xəbərlər     Baxılıb: 4681   Tarix: 23 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

Son dövrlər sosial media platformalarında bəzi idman qidalarının "arıqlamağa kömək edir", "piy yandırır", "yağları əridir", "bədən çəkisini azaltmağa kömək edir" və digər bu kimi ifadələrl

.

Yeni orqan kəşf edildi

Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələ

.

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

İnsanın maye ehtiyacı təkcə havanın temperaturu ilə deyil, həm də bədən çəkisi, fiziki aktivlik dərəcəsi, yaş, sağlamlıq durumu və ətraf mühitin rütubəti ilə müəyyənləşir. -a istinadən xəbər verir ki, bu barədə tibb elmlər

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Bu qidalar prostat xərçəngi riskini artırır

Yeni araşdırma ultra-emal olunmuş qidaların yüksək miqdarda istehlakı ilə prostat xərçəngi riski arasında əlaqə olduğunu göstərib. -a istinadən bildirir ki, tədqiqata əsasən, bu cür qidaları daha çox qəbul edən kişilərd

.

Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək

Qəhvə istehlakı ilə bədən quruluşu arasında əlaqəni araşdıran yeni elmi iş maraqlı nəticə ortaya qoyub. Məlum olub ki, daha çox qəhvə içən insanlarda bədən və qarın nahiyəsindəki yağ göstəriciləri daha aşağı ola bilər. xəbə

.

Kivini qabığı ilə yeməyin bu faydaları varmış

Kivinin lətli hissəsi C vitamini ilə zəngindir, həmçinin lif, kalium və K vitamini kimi vacib qida maddələri ehtiva edir. -a istinadən bildirir ki, kivini qabığı ilə birlikdə yemək orqanizm üçün daha çox fayda təmin edə bilər

.

İnsult riskini artıran axşam vərdişləri

Uzunmüddətli perspektivdə bəzi axşam vərdişləri insult riskini artıra bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloqlar Liz Vays və Rosanna Rast "Eating Well" nəşrinə müsahibələrində xəbərdarlıq ediblər

.

Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər

Burun qanaması əksər hallarda quru hava, soyuqdəymə, allergiya və ya burunun güclü təmizlənməsi nəticəsində yaranır və təhlükəli olmur. xəbər verir ki, lakin qanama tez-tez təkrarlanır, çox olursa və ya çətin dayanırsa, mütlə

turlar.az

hamiləlik qaşların formalari hamilelikde qidalanma abqoranin hazirlanmasi mimoza salatinin hazirlanma qaydasi spermanin qadina faydasi ariqlama kosmetika oğlan evine aid hakisda cinsi əlaqə gozde olar meseller bayatilar