"Falçıların arxasında məmurlar dayanır"

"Falçıların arxasında məmurlar dayanır"Son vaxtlar efirlərdə aparıcıların, verilişə gələn qonaqların biabırçı davranışları, təhqir və söyüşlər artmaqda davam edir. Sosial şəbəkələrdə, mətbuatda teleaparıcı Elçin Əlibəylinin verilişinə dəvət etdiyi müğənni Maral Tahirqızını təhqir edib qovması barədə müzakirələr səngiməmiş, daha bir biabırçılıq ortaya çıxdı. Belə ki, bu dəfə aparıcı Rövşanə Ağasəfqızının verilişində dava yaşanıb. Verilişdə ekstrasens kimi təqdim edilən Bayram Nurlu və digər ekspertlər qonaq olublar. Kulturoloq Aydın Xan Əbilov ekstrasenslərdən danışıb və onları fırıldaqçı adlandırıb. Onun sözlərinə isə B. Nurlu sərt reaksiya verib:

"Fırıldaqçı sizsiniz! Məni başqa falçılarla səhv salma. Bir zənglə səni bu kameraların önündən götürdərəm. Şərəf və ləyaqətimi 100 min manata siğortalamışam".

Kulturoloq isə cavab olaraq "Mən sənin üçün uşaq olmamışam, ay gədə" deyib.

Aparıcı Rövşanə Ağasəfqızı qonaqları sakitləşdirməyə çalışsa da alınmayıb. B. Nurlu qışqırıb, hay-küy salaraq telefonunu istəyib, polisə zəng edəcəyini deyib:

"Deyəcəm indi gəlib səni götürəcəklər".

Verilişdə yaşanmış qalmaqala görə parapsixoterapist Qalib Dursun efiri tərk edib. Ekstrasens isə "gədə" sözünə görə kulturoloqu məhkəməyə verəcəyini deyib:

"Bu sözə görə ondan 100 min alacam, görəcəksiniz".

Qeyd edək ki, efirdə yaşanmış bu olay da sosial şəbəkələrin müzakirə predmetinə çevrilib. Əksəriyyət bu cür qalmaqalların yaşanmasına görə televiziya rəhbərliyini qınayıb.

Xanim.az-ın məlumatına görə, məsələ ilə bağlı yazıçı-kulturoloq Aydın Xan Əbilov "Yeni Müsavat"a danışıb:

"Əslində Azərbaycan efirində müəyyən problemlər həmişə dəfələrə tənqid edilib. Bizim və digər mədəniyyət, ictimai xadimlər tərəfindən efirin saflaşması üçün bir çox təkliflər irəli sürülüb.
Bilirsiz ki, bununla bağlı olaraq Teleradio Şurası da yaradıldı, müəyyən işlər görüldü. Hətta bir çox telekanallar cəzalandırılır. Lakin qeyd edim ki, televiziyamız inkişaf mərhələsini keçir. Təbii ki, buna görə müəyyən nöqsanlar olacaq.

Əslində hüquq-mühafizə orqanları dərhal həmin insanları məsuliyyətə cəlb etməli, onlarla maraqlanmalı, o cür insanların ayaqları efirlərdən kəsilməlidir. Aparıcılar reytinq xətrinə efirlərə dəvət edir. Bunun qarşısı alınmalıdır. Bilirsiz ki, Cinayət Məcəlləsində falçılıqla bağlı müddəalar var".

Aydin Xan Əbilov ekstrasensin onu məhkəmə ilə hədələməsinə də mövqe bildirib:

"İnanmıram ki, o, bu cür addım atsın, çünki bu bir piar kimi şeydir. Versə də, razıyam. Hətta dar ağacından da asılmağa razıyam, lakin Nəsimidən, Füzulidən başlamış Axundovda möhkəmlənmiş və keçmiş sovet dövründə daha da çoxalmış yalançı, kimyagər, "vergili" insanlarla bağlı mübarizəmi hər zaman davam etdirəcəm və bunun haqq işi olduğunu hesab edirəm. Heç bir şey mənim qarşımı ala bilməz.

Düşünürəm ki, o cür insanların arxasında məmurlar da dayanır. Onlarla da mübarizə aparmağa hazıram. Ən azı haqq bizim tərəfimizdədir".

Xəbərlər     Baxılıb: 2022   Tarix: 10 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

toy gecesi yay geyimləri 2026 geyim seçimi stil və moda abşeron tortu qadın parfumeriya bulkalar kosmetika toy gecesı baldiz xocali burcler haqqinda vətən haqqında atalar sözləri