Falçının zorladığı iddia edilən 46 qızla bağlı yeni təfərrüat: "Həmin 2 tələbə qızı..."

Falçının zorladığı iddia edilən 46 qızla bağlı yeni təfərrüat: "Həmin 2 tələbə qızı..."Hədələnən təşkilat sədri Mehriban Zeynalova: "Əgər buna davam eləsələr, cinayət işi başladacam…"

Bir müddət əvvəl Bakıda Ramil Talıbov adlı falçının tələbə qızları zorlaması ilə bağlı məlumatlar dərc etmişdik. Məsələ böyük qalmaqala səbəb olmuş, ictimaiyyətdə, mətbuatda və mediada geniş müzakirə edilmişdi.

Xatırladaq ki, mətbuatda məlumat dərc edildikdən sonra zorlandığını iddia edən tələbə qızlar və falçı Ramil Talıbov ATV-nin efirində üz-üzə gəlib. Qızlar zorlandıqları haqda ittihamlar səsləndirib, qarşı tərəf isə bu ittihamlarla razı olmadığını deyib. Qarşı tərəfin sözlərinə görə, qızlar ona böhtan atır. Canlı yayım zamanı qızlardan biri – Ə.A. falçını cəzalandırmaq üçün bu addımı atdığını deyib.

Qeyd edək ki, efir vasitəsi ilə Ə.A-nın falçı ilə birgə restoranda yeyib-içdikləri zaman çəkilən fotoları yayılıb. Bu da ayrıca olaraq müzakirə obyektinə çevrilib, olayla bağlı hələ də qaranlıq qalan detalların olduğunu sübut edib.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə "Yeni Müsavat"a müraciət edərək bildirib ki, Ə.A. və onun anası, dayısı indi də onu şantaj etməyə başlayıb:

"Zorlanma məsələsi ilə bağlı həmin iki tələbə qızı, ümumiyyətlə, tanımırdım. Yalnız sizin "Yeni Müsavat"ın əməkdaşları mənə zəng vurub bildirdilər ki, qızların yardıma ehtiyacı var (Xatırladaq ki, zorlanma ilə bağlı ilk yazı dərc edildiyi zaman "Yeni Müsavat"ın əməkdaşı olaraq, həm hüquq-mühafizə orqanlarına, həm də "Təmiz Dünya" təşkilatına məlumat vermişdik – X.G.). Bunun üçün mən təşkilatımızın psixoloq və hüquqşünasına göstəriş verdim. Sözün düzü, həmin qızlarla ünsiyyətdə olmadım. Hüquqşünas və psixoloq əməkdaşımızın gözləməsinə baxmayaraq qızlardan biri yalnız bir gün sonra təşkilatımıza müraciət edərək bildirdi ki, qaldığı evdən qovulub, əşyaları da həmin evdə qalıb, qalmağa yeri yoxdur. Həmin zaman da ona bildirdim ki, çalışmaq lazımdır ki, istintaq prosesində məsələlər ictimailəşməsin, oxuduğu universitetdə problemlər yaşamasın. Onda həmin qız iki gün bizim təşkilatımızda qaldı. Bu müddətdə sığınacaqdan səhər çıxıb, axşam geri dönürdü. Hətta ona bu haqda xəbərdarlıq etdik ki, sığınacaqda bu cür rejimlə qalmaq olmaz. Bir neçə gün sonra məni televiziya verilişinə dəvət etdilər. Dedilər ki, veriliş qızlarla bağlı olacaq. Bu zaman artıq qızın falçı deyilən şəxslə olan fotoları ictimailəşmişdi. Qız da həyəcanla bildirdi ki, onun izni olmadan şəkilləri yayılıb. Mən də anlatdım ki, ola bilsin qarşı tərəf özünü hər hansı formada müdafiə etmək üçün şəkilləri efirə təqdim edib. Qeyd etdim ki, buna görə Daxili İşlər Nazilriyinə, o cümlədən 102 qaynar xidmətinə müraciət edə bilər. Verilişə çıxdığı zaman fasilədə qızlardan biri bildirdi ki, hətta üzü bağlı deyil, tam açıq şəkildə efirə çıxmaq istəyir. Mən isə bildirdim ki, buna tələsmək olmaz. Qızların verilişə necə, kimin vasitəsi ilə getməsindən xəbərsizəm. İndi isə qızın valideynləri, dayısı mənə zəgn edib şantaj edirlər ki, guya mən qızlardan tələb etmişəm ki, bu məsələ ictimailəşsin. Halbuki, mən gələnə qədər məsələ artıq tamamilə ictimailəşmişdi, efirlərdə onların vidoe görüntüləri yayımlanmışdı".

Mehriban Zeynalova zorlanma olayının çox qarışıq məsələ olduğunu diqqətə çatdırdı: "Ümumiyyətlə, sonuncu açıqlamamda da qeyd etmişdim ki, psixoloqumuz qızlar haqqında rəy verməyənə qədər mən bu məsələ haqqında dəqiq cavab verə bilmərəm. Əgər psixoloq doğrudan da rəy versə ki, qızlar travma alıb, onlar bu cür hadisəni yaşayıblar, mən nəsə deyə bilərdim. Lakin qeyd edim ki, Ə.A. bizim sığınacaqda qalarkən sakinlərlə xoş əhval-ruhiyyədə olurdu, deyib-gülürdü, onda travma almış görüntü yox idi".

Təşkilat rəhbəri qeyd edib ki, qızların hadisə baş verən zamanı deyil, yalnız iki aydan sonra hüquq-mühafizə orqanlarına müraciət etməsi də anlaşılan deyil: "Əgər zorlanma haqqında həmən məlumat verilərdisə, məsələ anındaca sübuta yetirilə bilərdi. Lakin hadisənin üstündən 2 ay keçib, üstəlik başqa iddialar ortaya çıxıb. Məsələni müzakirə edən şəxslərdə belə bir sual ortaya çıxır, "əgər bu qızlarda bu cür efirə, mətbuata çıxmaq kimi cəsarət var idisə, həmin hadisə baş verəndə niyə hüquq-mühafizə orqanlarına müraicət etməyiblər?" Əgər zorlanmışdılarsa, bu cür cəsarətlə dərhal müraciət edə bilərdilər. Şantaj yolu ilə kimisə həbsxanaya saldırmaq olmaz. Bu cür metod yanlışdır. Qeyd edim ki, əgər qızlar və valideynləri mənim nüfuzuma zərər yetirmək və ya böhtanlarına davam edərləsə, bu haqda cinayət işi başladacam".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışdıq. Lakin telefon zənglərimiz cavabsız qaldı.

Xatırladaq ki, aprelin 18-də iki tələbə qız redaksiyamıza müraciət edərək bildirmişdilər ki, özünü Seyid Mirseymur kimi təqdim edən Ramil Talıbov "İnstagram" vasitəsi ilə tanış olduğu qızları fala baxmaq adı ilə aldadaraq, onlarla intim əlaqədə olub. Adlarını açıqlamadığımız gənc qızların iddialarında o da yer alır ki, "falçı Mirseymur"un əməllərinin qurbanı olan gənc qızların sayı 40-dan çoxdur. Bu mövzu ictimailəşdirildikdən sonra hüquq-mühafizə orqanları operativ araşdırmaya başlayıb. Ramil Talıbov məsələ ilə bağlı Yasamal RPİ-nin 29-cu Polis Bölməsi tərəfindən saxlanılmış, bir gün sonra isə sərbəst buraxılmışdı.

Xəbərlər     Baxılıb: 2488   Tarix: 07 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

sac duzumleri qaşların formalari sade makiyaj sekilleri qəbizlik böyrək problemi ləkə üçün maskalar ana südü artırmaq kosmetika ikizler balıq tapmaca bakire qadin.az