Fatih Ürekin narkotik istifadəsi səbəbilə infarkt keçirməsi iddiasına xəstəxanadan CAVAB

Fatih Ürekin narkotik istifadəsi səbəbilə infarkt keçirməsi iddiasına xəstəxanadan CAVABUzun zaman komada qaldıqdan sonra ötən həftə vəfat edən türkiyəli müğənni Fatih Ürekin ölümündən sonra bəzi sosial media hesablarında onun qadağan olunmuş maddələrdən istifadə etdiyi üçün infarkt keçirdiyinə dair iddialar yayılıb.
azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu iddalara sənətçinin müalicə olunduğu xəstəxana münasibət bildirib.
Müğənninin prodüseri Özgür Arasın xəstəxana adından mətbuata verdiyi açıqlamada Ürekin narkotikdən istifadə etməsi ilə bağlı iddialar qəti şəkildə təkzib edilib:
"15 oktyabr 2025-ci ildə sənətçi Fatih Ürek 112 Təcili Yardım qrupları tərəfindən xəstəxanamıza intubasiya olunmuş vəziyyətdə gətirilib. Xəstəxanamıza qəbul edildikdən sonra bütün zəruri təcili və qabaqcıl həyat dəstəyi müdaxilələri mütəxəssis həkimlərimiz tərəfindən tam şəkildə həyata keçirilib.
Evdə ilkin müdaxilə, köçürülmə və xəstəxanada qalması, intubasiya olunmuş və huşsuz vəziyyətdə olduğu müddətdə klinik qiymətləndirmələr və müalicələr bəzi son sosial media paylaşımlarında iddia edildiyi kimi maddə istifadəsini göstərən heç bir dəlil və ya məlumat aşkar etməyib. İctimaiyyətdə yayılan əsassız və spekulyativ iddialar tibbi faktlarla uzlaşmır".
Aysel

Şou Biznes     Baxılıb: 984   Tarix: 11 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

turlar.az

toy makiyajlari sade makiyaj sekilleri adlarin menasi gavalinin faydasi dil haqqında aforizmlər badimcan salati kartof qizartmasi hazirlanmasi kosmetika seksi kahfe fali novruz bayrami nizami gencevi oxatan