"Fədayə kimi sevgi yaşamaq istəyərəm" - Afət Fərmanqızı
Saytımızın növbəti qonağı müğənni Afət Fərmanqızı olub.
Xanim.az goldnews.az-a istinadən həmin müsahibəni sizə təqdim edirik:
- Son günlər medianın əsas mövzusu Fədayə Laçının həbsi oldu. Bəs sizin bu mövzuya münasibətiniz necədir?
- Mən bağışlanmasını istərdim. Mənim Azərbaycanda Zeynəb Xanlarovadan sonra qulaq asdığım 3 səs var: Fədayə Laçın, Aygün Bayramova, Mətanət Əsədova. Səhnəmizin bu səslərdən məhrum olmasını istəməzdim. Düzdür, qanun qarşısında hamımız bərabərik. Amma bir vətəndaş, sənətçi kimi onun bağışlanmasını istəyirəm.
- Bəs siz özünüz bir avtoritetlə sevgili olarsınızmı?
- Onun başına gələn sevgi macərasının mənim başıma da gəlməsini istərdim. Avtoritet də insandır. Əvvəlcədən bilsəydim, xeyr, olmazdım. Çünki mən oğlum üçün yaşayıram. Oğluma görə hisslərimi də qurban verməyə hazıram. Lakin onun kriminal aləmə aid olduğunu bilməsəm, mən onu sevərdim və ardınca da gedərdim
- Yəni Fədayənin yaşadıqlarını yaşamaq istəyərsiniz?
- Oğluma görə yox. Çünki mənim övladım var. Amma mən bir insan kimi Fədayəyə qibtə edirəm. Ona görə ağladım. Onun kimi sevgi yaşamaq istəyərəm.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin