Fədayə Laçından sonra Təranə Qumral da...

Fədayə Laçından sonra Təranə Qumral da..."Müğənni Təranə Qumral azadlıqdan məhrum edilə bilər".

Axşam.az-ın məlumatına görə, bu sözləri açıqlamasında müğənni Nazəninin vəkili Heyrat Qarayev deyib.

Vəkil bildirib ki, Qumral məhkəmənin qərarından yayınır:

"Bakı Apellyasiya Məhkəməsinin iki qətnaməsi mövcuddur. Hər iki qətnamədə qeyd olunur ki, İbrahimova Təranə Xeyrulla qızı Salayeva Nazəninə 500 manat pul ödəməlidir. Bundan başqa, Nazənin xanımdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Digər qətnamədə də göstərilir ki, cavabdeh şəxs, İbrahimova Təranə Nazənin xanımın həyat yoldaşı Məhəbbət bəyə 3 min manat təzminat ödəməli və onun barəsində dediyi fikirləri də təkzib etməlidir. İcra şöbəsində bu məhkəmə qətnaməsi icradadır.

İcra məmuru ilə əlaqə saxladıq, həmçinin Ədliyyə Nazirliyinin rəhbərliyinə rəsmi müraciət olundu. Məhkəmə qətnaməsindən qarşı tərəf yayınır. Ədliyyə Nazirliyi tərəfindən bu məsələ nəzarətə götürüldü. Qısa müddət ərzində 3500 manat pul Nazənin xanım və onun həyat yoldaşı Məhəbbət bəyə ödənilməsi təmin edildi.

Əlavə olaraq Təranə İbrahimova barəsində qanuna müvafiq ölçü götürüldü. O, açıq-aşkar icra şöbəsində izahat yazaraq məhkəmə qətnamələrini icraatından yayındığını bildirib. Yəni icra etməyəcəyini deyib. O, əvvəl icra məmurunun qanun tələbini yerinə yetirmədiyinə görə inzibatı xətalar məcəlləsinin 528-ci maddəsinə əsasən 1000 manat cərimə edilib. Cərimə olunandan sonra icra məmuru tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, Təranə İbrahimova bu istiqamətdə heç bir addım atmayıb.

Artıq bir neçə gün öncə icra şöbəsindən Təranə İbrahimovaya rəsmi qaydada müraciət olunub. Qısa müddətdə məhkəmə qətnaməsi üzrə tələbləri tam təmin etmədiyi halda onu cinayət məcəlləsinin 306-cı maddəsinə görə, cinayət məsuliyyətinə cəlb olunacağı istiqamətində işlər görüləcək. Bu maddədə göstərilir ki, həmin şəxs 3 il müddətində azadlıqdan məhrum edilə bilər ".

Vəkil onu da əlavə edib ki, məhkəmə qərarına əsasən Təranə Qumral ölkədən kənara çıxa bilməz:

"Bir neçə gün öncə məhkəmənin qərarına görə, Təranə Qumralın ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Nərimanov Rayon Məhkəməsində qərar qəbul edilib. Bu qərar da zəruri idi".

Qeyd edək ki, T.Qumralla Nazənin arasında qalmaqal keçmiş "ANS"-in "Bazar səhəri" verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala "Səni ərimlə tutdum" demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi. Və Nazənin məhkəmə qərarı ilə həyat yoldaşının müğənni Təranə Qumralla münasibətini sübut etmişdi.

Xəbərlər     Baxılıb: 8478   Tarix: 08 dekabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

adlarin menasi gözəllik məhsulları toy gecesi toy dəbi aybasi qani ile cadu qadın geyimi soz haqqinda atalar sozu kosmetika haxista veten haqqinda atalar sozu zəhmət muellim seiri damla