Fədayə Laçından sürpriz telefon zəngi hamını kövrəltdi: "Bağışla..."
Müğənni Fədayə Laçın "8 mart – Beynəlxalq Qadınlar günü"nü dəmir barmaqlıqlar arxasında keçirtsə də, ana-bacısını təbrik edib.
Xanim.az xəbər verir ki. Yenicag.az-a açıqlama verən müğənninin bacısı İlahə Fəda dünən Fədayə ilə telefonla danışdıqlarını deyib:
"Fədayə hər 8 mart bayramında anamı təbrik edirdi. O, hədiyyə almaqdan çox verməyi xoşlayır. Çünki insanlar sevinəndə o da xoşbəxt olurdu. Buna görə də nəinki 8 martda, bütün bayramlarda və doğum günlərində başda anam olmaqla əzizlərini hədiyyələrlə sevindirirdi. Bu il bunu edə bilmədi. Amma anamın gözünü yolda qoymadı. Telefonla onu və məni təbrik etdi. Dedi ki, bağışlayın ki, bu əziz gündə yanınızda ola bilmədim. Anamın ən böyük hədiyyəsi o olardı ki, balası həbsdən çıxsın. Çünki anam Fədayə həbs olunan gündən özündə-sözündə deyil. Həmin gündən bəri bir dəfə də olsun üzü gülməyib".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz