"Fədayənin ailəsini kirayə qaldıqları evdən çıxarırlar"
Müğənni Manaf Ağayev hər kəsi şoka salacaq açıqlama verib. Lent.az-ın məlumatına görə, "Hər şey daxil" verilişinə qonaq olan ifaçı bildirib ki, həbsdə olan müğənni Fədayə Laçının ailəsini kirayə qaldıqları evdən çıxarırlar: "Bunun yeri deyildi, amma dözə bilmirəm, deyirəm. Məsələn, Fədayə Laçından danışdınız. Düz gecə saat 2-yə qədər onlarda olmuşam. Evlərinin işıqlarını kəsiblər. Kirayə qaldıqları evdən çıxardırlar. Yəqin, imkanları, çörək qazananları yoxdur. Ona görə də işıq pullarını verən yoxdur. Kirayədə qalırlar. Bilmişəm ki, onların vəziyyəti yaxşı deyil. Başqa kimləri var ki? Bir elli kimi evlərinə getdim, hər şeyi yoluna qoyub gəldim".
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Yalı çapkını' serialının aktrisası İstanbulda saxlanıldı
Binnur Kaya ekranlara geri dönür
Daha yaxşı yuxu üçün şam yeməyini nə vaxt yeməliyik?
Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI
Barış qızıl medal qazandı
Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirildi
Qamze illər sonra yeni layihədə yer alacaq
Koronavirusun gizli fəsadı ortaya ÇIXDI
Qaraciyər üçün hansı içkilər yaxşıdır? - Cavab düşündüyünüzdən sadədir
Məşhur müğənniyə ağır itki
Aşıqlar' qrupunun yaradıcısı vəfat etdi - FOTO