Feyxoa haqda bilmədiklərimiz...

Feyxoa haqda bilmədiklərimiz...Feyxoa - subtropik zonada yetişən ekzotik meyvədir.
Xeyirli və ziyanlı xüsusiyyətləri onun tərkib hissəsindən asılıdır. Onun azkalorili meyvə olduğuna baxmayaraq( təxmini olaraq 100 qr - 50 kkal),bu meyvəni çox yedikdə yodun normasının həddən artıq çoxalmasına gətirə bilər.
Feyxoanın xeyiri haqda:
Bu meyvə - təbii yodun mənbəyidir. Bu element, qalxanvari vəzin disfunksiyası halında ona çox yaxşı təsir göstərir. Dəmirin, feyxoanın tərkibində su ilə qatışıq halda olması, orqanizm tərəfindən çox yaxşı mənimsənilməsinin təmin edir.
Feyxoanın mineral tərkibi də çox zəngindir. Kaliy, maqniy, dəmir, fosfor, və sink elementləri ilə zəngin olan bu meyvə, orqanizm üçün vacib olan mikroelementlər mənbəyidir.
Vitaminlərə gəldikdə, bu meyvədə insan orqanizmi üçün lazım olan bütün vitaminlər toplanmışdır. Xüsusi ilə C vitamini qeyd edildiyindən, bu meyvə, qrip epidemiyası zamanı yaxşı köməkçi sayılır. Bu məhsulla immun sistemi möhkəmləndirmək mümkündür.
Meyvənin ətinin tərkibində pektin var, o,isə yüngül qarın işlətmə effektinə malikdir. Bu meyvənin həzm sisteminə də xoş təsir etməsindən xəbər verir. Qabığında isə aşılayıcı maddələr vardır. Onu qurudub, əzilmiş halda qarın işləməsi zamanı yeməkdən əvvəl yarım stəkan içmək lazımdır: 1 x/q qurudulmuş və əzilmiş feyxua qabığına, 1 st. qaynar su əlavə etmək.
Meyvənin qabığı, katexin və leykoantosian antioksidantları ilə zəngindir. Onlar orqanizmin cavanlaşmasına səbəb olmaqla bərabər, yeni əmələ gəlmiş şişlərin profilaktikası üçün yaxşı vasitə sayılır. Belə ki, feyxoanın qabığını təmizləmədən yeməyin xeyiri var.
Tərkibində efir yağları, dəmir və vitaminlərin olması, depressiya, əzginlik və güc azlığı kimi hallar üçün, onu əvəzedilməz vasitə edir.
Feyxoa həmçinin, qastrit, ateroskleroz, anemiya və vitamin çatışmazlığı hallarında kömək edə bilir.
Kimlər üçün ziyan ola bilər:
Təkibində yod çox olduğundan, hiperteriozu olan insanlar üçün(qalxanvari vəz funksiyası yüksək olan) təhlükəli ola bilər. Qalxanvari vəzin hiperfunksiyasını ağırlaşmaması üçün , feyxuadan ümumiyyətlə imtina etmək məsləhətdir.
Yod normadan çox olduqda: yüksək sinir gərginliyi, yorğunluq, ürəkdöyünmə və dəyişən hərarət kimi hallara gətirə bilir.
Bu məhsul, həmçinin şəkər xəstələri üçün əks göstərişlidir. Buna səbəb meyvənin tərkibində saxarozanın çox olmasıdır. Tərkibində pektinin yüksək miqdarda olması, bu xüsusiyyəti tarzlaya bilməsi kimi, fikirlərin olmasına baxmayaraq, həkimlə məsləhətləşmək yaxşı olardı.
Sonda isə unutmayın ki, bir çox sitrus meyvələrinin allergik reaksiya verə bildiyi kimi, feyxoa da allergiyaya səbəb ola bilər. Bu səbəbdən, meyvəni ilk olaraq az yeyin ki, orqanizmin onu necə qəbul etdiyini yoxlaya biləsiniz.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1786   Tarix: 01 may 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Kabakın az bilinən möcüzəvi faydası: Bədəndəki ödəmin bir nömrəli düşməni imiş

Müasir dövrün ən böyük problemlərindən olan hərəkətsiz həyat tərzi, balanssız qidalanma və yetərsiz su qəbulu bədəndə ödəm və şişkinliyin yaranmasına səbəb olur. Bir çox insan bu problemi həll etmək üçün süni preparatlar

turlar.az

yemek reseptleri geyim dəbləri sac duzumleri aloy gulunun faydasi saçlara qulluq alt geyimləri vetene aid bayatılar kosmetika penis anabaci seksual ariqla efsaneler